Nuxa İkiillik Müəllimlər İnstitutu

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search

Nuxa İkiillik Müəllimlər İnstitutu – 1940–1953-cü illərdə Nuxa şəhərində fəaliyyət göstərmiş təhsil müəssisəsi. Dörd ixtisas üzrə müəllim kadrları hazırlamışdı. Direktoru Rəsul Rəsullu idi. 1953-cü ildə ləğv edilərək Həsən bəy Zərdabi adına Kirovabad Pedaqoji İnstitutunun tərkibinə verilib.

İstifadə edilmiş əsas mənbə[redaktə]

Şükürov R., Orsər R. Rəsullu Rəsul Yusif oğlu // İşıq məbədi. — Bakı: İdeal-Print, 2010. — Səhifələrin sayı:  310. — Səh.: 115. — (Ş 4702060200/122). — 1.000 nüsx. — ISBN 978995244710.