Sarıca

Şəki Ensiklopediyası saytından
Jump to navigation Jump to search
Yaşayış məntəqəsi
Sarıca


Ölkə Azərbaycan
Rayon Şəki rayonu
Əhalisi 866 nəfər



SarıcaAzərbaycan Respublikasının Şəki rayonunun inzibati ərazi vahidində kənd. Şəki rayonu Qayabaşı kənd icra nümayəndəliyi tərəfindən idarə olunur. Qayabaşı kəndi ilə birlikdə Qayabaşı bələdiyyəsinin tərkibindədir.

Tarixi[redaktə]

Sarıca kəndi 1930-cu ildə yaradılmışdır. Azərbaycan SSR-də mövcud olan Orconikidze adına taxılçılıq sovxozunun 3 nömrəli sovxozu kimi fəaliyyət göstərmişdir. Sovet təssərrüfat sistemi dağıldıqdan sonra Orconikidze taxılçılıq sovxozu ləvğ olunmuşdur.

Əvvəllər qəsəbə olmuş, 5 oktyabr 1999-cu ildən dəyişdirilərək kənd hesab edilmişdir[1].

Coğrafiyası və iqlimi[redaktə]

Kənd rayon mərkəzindən 45 km Cənub-Qərbdə, Şəki yaylası ərazisində, Oğuz-Yevlax yolunun üstündə yerləşir. Kəndin yaxınlığndan Böyük Qafqaz çay sisteminə daxil olan Əlican çayı keçir. Kəndin içməli suya olan təlabatı bu çay vasitəsi ilə təmin olunur.

Əhalisi[redaktə]

Kəndin əhalisi 866 nəfər təşkil edir ki, onun da 424 nəfəri kişi, 442 nəfəri isə qadındır.

Mədəniyyəti[redaktə]

Kənddə bir orta ümumtəhsil məktəbi, uşaq bağçası, ictimai tədbirlərin təşkili üçün mədəniyyət mərkəzi vardır.

İqtisadiyyatı[redaktə]

Əhalisi kənd təsərrüfatının əkinçilikmaldarlıq sahəsi ilə məşğul olur. Azərbaycanın əsas taxılçılıq mərkəzlərindən biridir.

İstinadlar[redaktə]

Xarici keçidlər[redaktə]

İstinadlar[redaktə]

Şablon:Kənd-qaralama