Suçma

Şəki Ensiklopediyası saytından
Jump to navigation Jump to search
Kənd
Suçma


Ölkə Azərbaycan
Region [[Şəki]]
Koordinatlar 40°57′35″N 47°08′07″E / 40.959637°N 47.135241°E / 40.959637; 47.135241 Map marker.svg40°57′35″N 47°08′07″E / 40.959637°N 47.135241°E / 40.959637; 47.135241
Əhalisi 1994 nəfər
Poçt indeksi AZ5516
Xəritəni aç/bağla
Suçma (Azərbaycan)
Red pog.png
Suçma (Şəki rayonu)
Red pog.png


Suçma — Şəki rayonunun inzibati ərazi vahidində kənd. Suçma kənd Bələdiyyəsi də Suçma və Dərəcənnət kəndlərini özündə birləşdirir.

Tarixi[redaktə]

Suçma kəndi Azərbaycanın qədim yaşayış məskənlərindən biri sayılan Dəhnə kəndindən (Dəhnə çayından) iki km məsafədə yerləşir. Kənd ərazisinə yaxın yerlərdə qədim, əsasən daş dövrünə aid insan izlərini özündə əks etdirən arxeoloji dəlillər aşkar edilmişdir. Bu da onu deməyə əsas verir ki, Suçma kəndi Acınohur-Həftəran vadisindəki digər iki kəndlə (Böyük Dəhnə və Kiçik Dəhnə ilə) təqribən eyni tarixi dövrdə yaşayış məskəninə çevrilmişdir. Suçma toponomi müxtəlif tarixi dovrlərdə dəyişikliyə uğrayaraq indiki şəklə düşmüşdür. Məsələn, Çar Rusiyasının Zaqafqaziya Hərbi Dairəsinin 1909-cu ildə tərtib etdiyi Zaqafqaziyanın Hərbi-topoqrafik xəritəsində Suçma yaşayış məskəninin adı Suçmi-Dəhnə kimi qeyd edilmişdir. Yenə Çar Rusiyası zamanında, 1858-ci ildə tərtib edilmiş "Qafqaz Diyarının Xəritəsi"ində Suçma kəndinin adı "selo Suçmidaqenskaya" olaraq göstərilmişdir.Qeyd edilməlidir ki, bu xəritədə qonşu iki kəndin, Böyük Dəhnə və Kiçik Dəhnə kəndlərinin adları yer tapmamışdır.Bununla belə ehtimal etmək olar ki,1858-ci il üçün bu üç kəndin (Suçma,Böyük Dəhnə və Kiçik Dəhnə) yerində yalnız bir yaşayış massivi movcud olmuşdur. Yaxud bu kəndlər 1858-ci il xəritəsində yalnız bir yaşayış məntəqəsi kimi göstərilmişdir.

Mədəniyyəti[redaktə]

Suçma kəndində bir mədəniyyət evi, bir kitabxana, bir tam orta məktəb (2015-ci ildə məktəb Dövlət tərəfindən əsaslı təmir edilmişdir.) fəaliyyət göstərməkdədir.Kənddə Azərbaycan xalqı üçün əlamətdar günlər və bayramlar o cümlədən mədəni tədbirlər, xüsusən gənclərin iştirakı ilə yüksək səviyyədə keçirilir.

Əhalisi[redaktə]

1989-cu il yanvar ayının 1-nə olan məlumata görə kəndin əhalisi 1079 nəfər olub. 2013-cü il yanvar ayının 1-nə olan məlumata görə isə kəndin əhalisi 1994 nəfərdir. Əhalinin təqribən 45 faizi gənclərdən (18 yaşdan - 45 yaşa qədər) ibarətdir. Suçma kəndi Azərbaycanın torpaqlarının bütövlüyü uğrunda gedən döyüşlərdə iki şəhid (Qaffarov Nəriman Qaffar oğlu və Əbilqasımov Şəmsi Namaz oğlu) verib.

İqtisadiyyatı[redaktə]

Kənd əhalisinin məşğuliyyəti əkinçilik və maldarlıqdır. Arıçılıq sürətlə inkişaf edir.Geniş ərazilərdə taxıl, bəzi ərazilərdə isə tütün becərilir.Taxıl becərilməyən yerlərdə mal-qara üçün qışlıq ot-alaf sahələri qorunur. Bununla belə, kənddə mövsümi (şərti) suvarma sistemi mövcuddur. 2015-ci ildə kəndə içməli su çəkilişi başa çatmış, əhali içməli su ilə 80 faiz təmin edilmişdir.

Din[redaktə]

Kənddə Suçma kənd məscidi dini icması fəaliyyət göstərir[1].

İstinadlar[redaktə]