Yaqub Mahmudov

Şəki Ensiklopediyası saytından
Jump to navigation Jump to search
Yaqub Mahmudov
Yaqub Mikayıl oğlu Mahmudov
Yaqub Mahmudov
Doğum tarixi 10 fevral 1939 (1939-02-10) (80 yaş)
Doğum yeri Baş Göynük, Şəki rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic.jpg Azərbaycan SSR, Flag of the Soviet Union.svg.png SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg.png SSRİ→Flag of Azerbaijan.png Azərbaycan
Elm sahəsi Tarix
İş yeri AMEA-nın Tarix İnstitutunun direktoru
Elmi dərəcəsi Tarix elmləri doktoru
Elmi adı Akademik
Təhsili Bakı Dövlət Universitetinin Tarix fakültəsi
Tanınır Tarixçi-alim
Mükafatları Əməkdar Elm Xadimi
"Şöhrət" ordeni (Azərbaycan)"Şərəf" ordeni

Yaqub Mikayıl oğlu Mahmudov () — Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı[1], akademik[2].

Həyatı[redaktə]

Yaqub Mahmudov 1939-cu il fevralın 10-da Şəki rayonunun Baş Göynük kəndində anadan olub.

1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1966-cı ildə "Ağqoyunlu dövlətinin Venesiya Respublikası ilə qarşılıqlı əlaqələri (XV əsrin 60-70-ci illəri)" mövzusunda namizədlik dissertasiyası, 1989-cu ildə M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Tarix fakültəsinin Elmi Şurasında “Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa ölkələri ilə qarşılıqlı əlaqələri (XV əsrin II yarısı - XVII əsrin əvvəlləri)” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

Yaqub Mahmudov 1966-1975-ci illərdə Azərbaycan Ensiklopediyasında elmi redaktor, böyük elmi redaktor, redaksiya müdiri, elmi işlər üzrə baş redaktor müavini, 1968-1981-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki ADPU) baş müəllim, dosent vəzifələrində çalışmışdır.[3]

1981-ci ildə Bakı Dövlət Universitetində Qədim dünya və orta əsrlər tarixi kafedrasında dosent vəzifəsində işə dəvət olunmuşdur. 1983-cü ildə Universitetin Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri vəzifəsini icra etmişdir. 1985-1986-cı illərdə Universitetin Tarix fakültəsinin dekan müavini işləmişdir.

1986-cı ildə Tarix fakültəsinin dekanı seçilmişdir. Dekan olarkən onun sədri olduğu fakültə Elmi Şurası S.M.Kirov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Universitetinin tarixi adı olan Bakı Dövlət Universiteti adının bərpa olunması haqqında qərar qəbul edib. Həmin vaxtdan universitet öz tarixi adı altında fəaliyyət göstərir. Elə həmin dövrdə Yaqub Mahmudov milli azadlıq hərəkatının mərkəzlərindən olan Tarix fakültəsinin bir qrup tələbəsinin universitetdən qovulmasının qarşısını alaraq, 1990-cı ildə dekan vəzifəsindən istefa verib.[3]

Yaqub Mahmudov 1991-ci ildən BDU-nun Tarix fakültəsinin qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiridir. Kafedranın formalaşması onun adı ilə bağlıdır.

Yaqub Mahmudov 1991-1992-ci illərdə Azərbaycan Respublikasının ilk Təhsil Qanununu hazırlayan ekspert-işçi qrupuna rəhbərlik edib. Onun təqdimatı ilə Milli Məclisdə qəbul olunan qanun əsasında ölkədə müasir təhsil sisteminə keçilib. Müstəqillik dövrünün ilk “Azərbaycan tarixi” və “Orta əsrlər tarixi” dərslikləri onun qələminin məhsuludur.

Yaqub Mahmudov 1992-1993-cü illərdə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası sədrinin müavini və “Azərbaycan Ensiklopediyası” Nəşriyyat-Poliqrafiya Birliyinin baş direktoru vəzifələrində çalışıb.

Yaqub Mahmudov 2004-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktorudur. O, 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilib. Azərbaycanın orta əsrlər tarixi, diplomatiya tarixi və ümumdünya tarixinə dair 1000-dən çox elmi əsərin müəllifidir. Diplomatiya tarixi, itirilmiş torpaqlar, soyqırımları tarixi elmi istiqamətləri sahəsində yaratdığı elmi məktəblərə və “Azərbaycan tarixi ilk mənbələrdə” layihəsinə rəhbərlik edir. Əsərləri bir çox xarici ölkələrdə (Moskva, London, Vaşinqton, Nyu-York, Ankara, İstanbul, Roma, Qahirə, Seul, Mexiko, İslamabad, Los Anceles və b.) nəşr olunub.

O, ikicildlik «Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası»nın (Bakı-2004) baş redaktoru və «Naxçıvan Ensiklopediyası» (Bakı-2005) redaksiya heyətinin üzvüdür. Həmin ensiklopediyalarda, həmçinin «Azərbaycan Sovet Ensiklopediyası»nda çoxsaylı məqalələri dərc olunmuşdur. Azərbaycan tarixinin mühüm problemləri üzrə bir çox monoqrafiya və kitabların müəllifidir.

1998-ci ildə (31 mart 1998 - 15 aprel 1998) müqəddəs Həcc ziyarətinə getmiş, Məkkə və Mədinə, habelə Bağdad, Kərbəla, Kufə, Nəcəf, Məşhəd ziyarətgahlarında olmuşdur.

Yaqub Mahmudov Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2000-ci ildən isə Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.[3] II çağırış, III çağırış, IV çağırış, V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib və Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvüdür.

O, prezident seçkilərində Ulu öndər Heydər Əliyevin, sonra isə İlham Əliyevin vəkili olmuş və bir sıra rəsmi dövlət səfərlərində onları müşayiət etmişdir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Yaqub Mahmudovun elmi fəaliyyətini yüksək qiymətləndirərək, onu Azərbaycanın “böyük alimi”, “böyük tarixçisi” adlandırıb.

Ailəlidir. Bir oğlu (Turxan), iki qızı (Aynur və Gülnur) və beş nəvəsi (Nailə, Xaqan, Sara Xatun, Alp Arslan və Yaqub) var.[3]

Əsas elmi əsərləri[redaktə]

Üzvü olduğu qurumlar[redaktə]

Ölkədaxili qurumlarda[redaktə]

  • Azərbaycan Respublikası Prezidenti yanında Heraldika Şurasının üzvü[4]
  • «Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla iş üzrə Dövlət Komissiyası»nın üzvü[5]
  • Azərbaycan Respublikası Milli Məclisi Toponimika Komissiyasının üzvü[6]
  • Qafqaz Müsəlmanları İdarəsi elmi-dini şurasının üzvü[7]
  • Azərbaycan Milli Ensiklopediyası Baş Redaksiya şurasının üzvü [8]

Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında[redaktə]

  • Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü
  • Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü
  • Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyəti İdarə Heyətinin üzvü

Təltif və mükafatlar[redaktə]

  • “Yusif Məmmədəliyev”, “Rəsul Rza”, “Qızıl qılınc”, “Qızıl qələm”, “Samir Əsgərxanov”, “Humay”, “Gənclərin dostu” müka­fatları laureatı;[3]
  • Azərbaycan Respublikasının Əməkdar Elm xadimi;[3]
  • "Şöhrət" ordeni;[9]
  • "Şərəf" ordeni;[10]
  • Azərbaycan Respublikası Dövlət Mükafatı;[11]
  • “Ən yaxşı baş menecer" fəxri adı;[3]
  • “The Name in Science” (az.: "Elmdə ad"‎) fəxri titulu;[3]
  • “Kraliça Viktoriya” beynəlxalq mükafatı;[3]
  • “Ataman Anton Qolovatıy” ordeni;[3]
  • "1-ci dərəcəli “Əmək" ordeni;[12]
  • “Azərbaycan polisinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı;
  • Milli Məclisin “Parlament” medalı;
  • "Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)" Azərbaycan Respublikasının yubiley medalı;
  • "General Səməd Bəy Mehmandarov" yubiley medalı;[3]
  • “Simurq” beynəlxalq medalı.[13]

Mənbə[redaktə]

Xarici keçidlər[redaktə]

Həmçinin bax[redaktə]

İstinadlar[redaktə]

  1. Mahmudov Yaqub Mikayıl oğlu - Milli Məclisin deputatı (Azərbaycan Respublikasının Milli Məclisinin rəsmi veb-saytı)
  2. AMEA-nın həqiqi və müxbir üzvlüyünə keçirilən seçkilərin nəticələri açıqlanıb - SİYAHI
  3. 3,00 3,01 3,02 3,03 3,04 3,05 3,06 3,07 3,08 3,09 3,10 Yaqub Mikayıl oğlu Mahmudov - tarixinstitutu.az (AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun rəsmi veb-saytı)
  4. Azərbaycan Respublikasının Prezidenti yanında Heraldika Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin sərəncamı. Bakı şəhəri, 17 fevral 2014-cü il, № 275
  5. «Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla iş üzrə Dövlət Komissiyası»nın üzvləri - Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının rəsmi veb saytı
  6. Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya Komissiyasının tərkibi - Azərbaycan Respublikası Milli Məclisinin rəsmi veb saytı
  7. Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurasının tərkibi - Qafqaz Müsəlmanları İdarəsinin rəsmi veb saytı
  8. Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Bakı şəhəri, 1 noyabr 2018-ci il. Xalq qəzeti, № 247 (28923) 2 noyabr 2018-ci il, cümə
  9. Y. M. Mahmudovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin fərmanı. Bakı şəhəri, 13 fevral 1999-cu il. № 100 (2019-cu il, 27 yanvar tarixində arxivləşdirilib)
  10. Y.M.Mahmudovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin sərəncamı. Bakı şəhəri, 14 fevral 2009-cu il. № 162 (2019-cu il, 27 yanvar tarixində arxivləşdirilib)
  11. 2012-ci il üçün Azərbaycan Respublikasının elm sahəsində Dövlət Mükafatının verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin sərəncamı. Bakı şəhəri, 25 may 2012-ci il № 2238
  12. Y.M.Mahmudovun 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Bakı şəhəri, 9 fevral 2019-cu il - Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi
  13. Yaqub Mahmudov “Simurq” beynəlxalq medalı ilə təltif edilib (12 mart, 2019-cu il) - Tarix İnstitutunun rəsmi veb saytı.