Yusif Şükürlü

Şəki Ensiklopediyası saytından
Jump to navigation Jump to search
Yusif Şükürlü
Şükürlü Yusif Hacıbala oğlu
Yusif Şükürlü
Doğum tarixi 25 iyul 1948 (1948-07-25) (71 yaş)
Doğum yeri Flag of the Soviet Union.svg.png SSRİ
Flag of the Azerbaijan Soviet Socialist Republic.jpg Azərbaycan SSR, Nuxa rayonu, Baş Şabalıd
Vətəndaşlıq Flag of the Soviet Union.svg.png SSRİ→Flag of Azerbaijan.png Azərbaycan
Elm sahəsi Fizika-riyaziyyat
İş yeri AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru
Elmi dərəcəsi fizika-riyaziyyat üzrə fəlsəfə doktoru
Elmi adı dosent
Təhsili Azərbaycan Dövlət Universiteti, Fizika fakültəsi

Yusif Şükürov (Şükürlü) — fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent. AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru (2014), Azərbaycan Yazıçılar Birliyinin üzvü (2007).

Həyatı[redaktə]

Yusif Şükürlü 27 oktyabr 1948-ci ildə Nuxa rayonunun Baş Şabalıd kəndində anadan olub.

1966-cı ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsinə daxil olmuşdur.

Əmək fəaliyyəti[redaktə]

1971-ci ildə ali məktəbi bitirdikdən sonra təyinat üzrə Qəbələ rayonunda Tola kənd səkkiz illik məktəbində və Qəbələ Qiyabi Orta məktəbində fizika, riyaziyyat və kimya fənlərindən dərs deyib. 1973-1974-cü illərdə isə həm də Tola kənd səkkiz illik məktəbində tədris işləri üzrə direktor müavini olub.

1974-cü ilin avqustundan Şəki şəhərində 43 saylı Texniki Peşə məktəbində fizika müəllimi vəzifəsində işləyib və 1975-ci ildə istehsalatdan ayrılmamaq şərti ilə Azərbaycan EA-nın Fizika İnstitutunun aspiranturasına daxil olub. 1975-ci ilin noyabrında Azərbaycan SSR EA Fizika İnstitutunun nəzdində olan Səki Elmi bazasında laborant, 1976-cı ilin oktyabrından isə kiçik elmi işçi vəzifəsini tutub. 1977-ci ilin sentyabrında Azərbaycan EA-nın Radiasiya Problemləri İnstitutuna işə götürülmüş, 1987-ci ilə qədər orada kiçik elmi işçi vəzifəsində, 1987-1990-cı illərdə isə baş elmi işçi vəzifəsində çalışmışdır. 1984-cü ildə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini alıb. 1990-cı ildən 1 dekabr 2008-ci ilədək isə Şəki Regional Elmi Bazasında “Biofizika” laboratoriyasına rəhbərlik edib.

Yusif Şükürlü 1975-1992-ci illərdə isə Şəki şəhərinin müxtəlif məktəblərində əvəzçilik əsasında fizika müəllimi işləyib. 1992-1996-cı illərdə BDU-nun Şəki filialında baş müəllim, 7 mart 1996-cı il tarixdən isə əvəzçi dosent vəzifəsində çalışıb, 26 noyabr 2002-ci ildə müsabiqə yolu ilə, Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının Təbiət elmləri və tədrisi metodikası kafedrasının əvəzçi dosenti vəzifəsinə seçilib. 2008-ci ildən ADPU-nun Şəki filialının "Təbiət elmləri və onların tədrisi metodikası" kafedrasının dosentidir və 15 oktyabr 2014-cü il tarixədək həmin kafedranın müdiri vəzifəsində çalışmışdır. O, Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında bakalavr pilləsində və Yenidənhazırlanma fakültəsində mühazirə və seminarlar aparmış, buraxılış işlərinə rəhbərlik etmişdir. 15 oktyabr 2014-cü il tarixdə isə AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru vəzifəsinə təyin edilib.

2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. “Yetti” adlı elmı-fantastik romanın müəllifidir. 2004-cü ildə 14,5 çap vərəqi həcmində olan şeirlər, hekayələr və povestlərdən ibarət “Çəhrayı gödəkcə” adlı kitabı çap edilib.

Şəki şəhərində yaşayır. İki övladı və dörd nəvəsi var.

Mənbələr[redaktə]