"Nuxa Üçmüqəddəs kilsəsi" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası saytından
Jump to navigation Jump to search
(Kilsə binasının ilkin təyinatı ilə bağlı iddialar və ehtimallar)
(Tarixi)
(Eyni istifadəçi tərəfindən edilmiş bir dəyişiklik göstərilmir)
Sətir 63: Sətir 63:
 
==Tarixi==
 
==Tarixi==
 
[[Şəkil:Three Holy Hierarchs.jpg|300px|thumbnail|left|Üçmüqəddəs: Basil Qeysəriyyəli (Böyük Vasili), Qriqor Nazianzen,  İoann Xrisostom.]]  
 
[[Şəkil:Three Holy Hierarchs.jpg|300px|thumbnail|left|Üçmüqəddəs: Basil Qeysəriyyəli (Böyük Vasili), Qriqor Nazianzen,  İoann Xrisostom.]]  
1846-cı ilin “Kafkaz” qəzetində Nuxa şəhərindəki qalada rakovist daşlardan tikilmiş Toskan ordeni arxitekturası üslubundа gözəl bir Pravoslav kilsəsinin mövcud olması barədə məlumat gedib<ref>{{Harvnbru|Нуха|1846|pp=95-96}}{{oq|ru|...Православная церковь из раковистого камня, красивой архитектуры Тосканского ордена; }}</blockquote></ref>. Rus etnoqrafı İosif Seqal isə 1902-ci ildə çap olunmuş kitabında bu kilsənin 1828-ci ildə fəaliyyətə başldığını göstərir; İosif Seqala görə 1828-ci ildən əvvəl həmin kilsənin binası xanın məscidi olubmuş, qeyd olunan ildə ruslar həmin məscidi kilsəyə çeviriblərmiş{{Sfnru|Сегаль  И. Л.|1902|p=15}}. Lakin  1819-cu ildə tərtib edilmiş “''Nuxa şəhərində və onun kənarında xana aid tikililər və digər müəssisələr haqqında''” raportda  indiki Xan sarayının və ətrafındakı tikililərin vəziyyəti təsvir edilərkən, kilsənin koordinatına uyğun olan yerdə hansısa tikilinin olması barədə heç bir qeydə yer verilməyib<ref name=Q2 group=qeyd/>.
+
1846-cı ilin “Kafkaz” qəzetində Nuxa şəhərindəki qalada rakovist daşlardan tikilmiş Toskan ordeni arxitekturası üslubundа gözəl bir Pravoslav kilsəsinin mövcud olması barədə məlumat gedib<ref>{{Harvnbru|Нуха|1846|pp=95-96}}{{oq|ru|...Православная церковь из раковистого камня, красивой архитектуры Тосканского ордена; }}</blockquote></ref>. Rus etnoqrafı İosif Seqal isə 1902-ci ildə çap olunmuş kitabında bu kilsənin 1828-ci ildə fəaliyyətə başldığını göstərir; İosif Seqala görə 1828-ci ildən əvvəl həmin kilsənin binası xanın məscidi olubmuş qeyd edilən ildə ruslar həmin məscidi kilsəyə çeviriblərmiş{{Sfnru|Сегаль  И. Л.|1902|p=15}}. Lakin  1819-cu ildə tərtib edilmiş “''Nuxa şəhərində və onun kənarında xana aid tikililər və digər müəssisələr haqqında''” raportda  indiki Xan sarayının və ətrafındakı tikililərin vəziyyəti təsvir edilərkən, kilsənin koordinatına uyğun olan yerdə hansısa tikilinin olması barədə heç bir qeydə yer verilməyib<ref name=Q2 group=qeyd/>.
  
 
===Keşişləri, digər kilsə xidmətçiləri və aid olduğu yeparxiya===
 
===Keşişləri, digər kilsə xidmətçiləri və aid olduğu yeparxiya===
Sətir 275: Sətir 275:
 
  | ref            = Кавказский календарь
 
  | ref            = Кавказский календарь
 
}}
 
}}
 
+
*{{kitab3
 +
| müəllif        =
 +
| hissə          = III Бакинская дирекция училищ
 +
| hissənin linki  = https://dlib.rsl.ru/viewer/01003825040#?page=465
 +
| başlıq          = Кавказский календарь
 +
| orijinal        =
 +
| link            = https://dlib.rsl.ru/viewer/01003825040#?page=2
 +
| vikimənbə      =
 +
| cavabdeh        =
 +
| nəşr            =
 +
| yer            = Тифлис
 +
| nəşriyyat      =
 +
| il              = 1961
 +
| volume          =
 +
| том            =
 +
|страницы        = 37
 +
| columns        =
 +
| allpages        =
 +
| seriya          =
 +
| isbn            =
 +
| doi            =
 +
| tiraj          =
 +
| ref            = Кавказский календарь
 +
}}
  
 
== Qeydlər ==
 
== Qeydlər ==
Sətir 290: Sətir 313:
 
Raportda qaladakı bir çox tikililərin özləri və koordinatları barədə məlumat verildikdən sonra həm də qeyd edilib ki, "''qaladakı Şəkinin rəhbərlərinə aid olmuş digər tikililər əsgərlər və xoylular tərəfindən tutulmuşdur''". Bu qeyd qalada mövcud olan tikililərdən bəzilərinin raportda göstərilmədiyinə bir işarədir və bu səbəbdən də Üçmüqəddəs kilsəsi binasının 1819-cu ildə  mövcud olub-olmamasını həmin sənəd əsasında dəqiqləşdirmək də mümkün deyil ({{Harvnbru|Описание Шекинской провинции|1866|p=}}). </ref>  
 
Raportda qaladakı bir çox tikililərin özləri və koordinatları barədə məlumat verildikdən sonra həm də qeyd edilib ki, "''qaladakı Şəkinin rəhbərlərinə aid olmuş digər tikililər əsgərlər və xoylular tərəfindən tutulmuşdur''". Bu qeyd qalada mövcud olan tikililərdən bəzilərinin raportda göstərilmədiyinə bir işarədir və bu səbəbdən də Üçmüqəddəs kilsəsi binasının 1819-cu ildə  mövcud olub-olmamasını həmin sənəd əsasında dəqiqləşdirmək də mümkün deyil ({{Harvnbru|Описание Шекинской провинции|1866|p=}}). </ref>  
  
<ref name=Q3>1853-cü ilə və 1861-ci ilə aid mənbələrdən kilsədə eyni şəxsin keşiş olduğu görünür. Birincidə keşişin adı  “'''Yevstafi ata'''” ({{Harvnbru|Журнал Министерства народного просвещения|1853|p=149}}), ikincidə isə “'''Yevstafi Xuçiyev'''” kimi yazılıb ({{Harvnbru|Странник,|1861|p=22}}).</ref>.
+
<ref name=Q3>1853-cü ilə və 1861-ci ilə aid mənbələrdən kilsədə eyni şəxsin keşiş olduğu görünür. Birincidə keşişin adı  “'''Yevstafi ata'''” ({{Harvnbru|Журнал Министерства народного просвещения|1853|p=149}}), ikincidə isə “'''Yevstafi Xuçiyev'''” kimi yazılıb ({{Harvnbru|Странник,|1861|p=22}}). 'Yevstafi Xuçiyev 1861-cı ildə Nuxa qəza məktəbində öz təriqəti üzrə dini dərs deyirdi ({{Harvnbru|Кавказский календарь|1861|p=357}})</ref>.
  
 
<ref name=Q4>
 
<ref name=Q4>

01:02, 14 sentyabr 2019 versiyası

Tarixi abidə
Üçmüqəddəs kilsəsi
rus.: Нухинская трехсвятительская церковь
Kilsənin ümumi görünüşü
Kilsənin ümumi görünüşü
Ölkə Azərbaycan
Şəhər Şəki
Arxitektura üslubu Toskan ordeni
İlk xatırlanma 1846
Təməlinin qoyulması
tarixi
XVIII-XIX əsrlər[1]; XIX əsr[2][3]
Status muzey
Material rakovist və yonulmuş çay daşı, kərpic
Nuxa Üçmüqəddəs kilsəsi (Yuxarı Baş)
Red pog.png
Koordinatlar 41°12′13″N 47°11′48″E / 41.203520°N 47.196688°E / 41.203520; 47.196688 Map marker.svg41°12′13″N 47°11′48″E / 41.203520°N 47.196688°E / 41.203520; 47.196688

Üçmüqəddəs kilsəsi (rus.: Нухинская трехсвятительская церковь[4][qeyd 1]), yaxud Rus kilsəsi — 1828-ci ildən XX əsrin iyirminci illərinədək Nuxa/Şəki qəzasında fəaliyyət göstərmiş yeganə pravoslav kilsəsi.

Kilsə binası Şəki şəhərindəki qalanın daxilindədir; hal-hazırda ölkə əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatındadır[2] və içində Şəki Xalq Tətbiqi Sənət Muzeyi yerləşir.

Üçmüqəddəs kilsəsi fəaliyyətdə olduğu dövrdə kilsə binasında həm də meteoroloji qərargah da fəaliyyət göstərmişdi[5].

Tarixi

Üçmüqəddəs: Basil Qeysəriyyəli (Böyük Vasili), Qriqor Nazianzen, İoann Xrisostom.

1846-cı ilin “Kafkaz” qəzetində Nuxa şəhərindəki qalada rakovist daşlardan tikilmiş Toskan ordeni arxitekturası üslubundа gözəl bir Pravoslav kilsəsinin mövcud olması barədə məlumat gedib[6]. Rus etnoqrafı İosif Seqal isə 1902-ci ildə çap olunmuş kitabında bu kilsənin 1828-ci ildə fəaliyyətə başldığını göstərir; İosif Seqala görə 1828-ci ildən əvvəl həmin kilsənin binası xanın məscidi olubmuş və qeyd edilən ildə ruslar həmin məscidi kilsəyə çeviriblərmiş[7]. Lakin 1819-cu ildə tərtib edilmiş “Nuxa şəhərində və onun kənarında xana aid tikililər və digər müəssisələr haqqında” raportda indiki Xan sarayının və ətrafındakı tikililərin vəziyyəti təsvir edilərkən, kilsənin koordinatına uyğun olan yerdə hansısa tikilinin olması barədə heç bir qeydə yer verilməyib[qeyd 2].

Keşişləri, digər kilsə xidmətçiləri və aid olduğu yeparxiya

1853 – 1861-cı illər arasında kilsənin keşişi Yevstafi Xuçiyev idi[qeyd 3].

1894 – 1896-cı illər üçün kilsədə zəbur oxuyanın (rus.: псаломщик) adı Qavriil Peçenski olub[8][9].

1905 – 1916-ci illərdə burada David Utiyev keşiş olmuşdur[qeyd 4].

Kilsə 1905-ci ildə Gürcüstan yeparxiyasının tabeçiliyində olub[10].

Kilsə binasının memarlıq xüsusiyyətləri

Nuxa şəhərindəki qalanın 1853-cü ildə tərtib olunmuş planı (Bu şəkil 1988-cı ildə çap olunmuş kitabdan götürülmüşdür; kitabın müəllifləri Üçmüqəddəs kilsəsini "məscid" (№2) adıyla işarələyiblər).

Kilsə binası əvvəl rakovist daşlar ilə Toskan ordeni arxitekturası üslubunda dairəvi planda tikilmiş və üstü günbəzlə tamamlanmışdı. Sonralar isə ona üç tərəfdən yonulmuş çay daşı və kərpic hörgüsü ilə əlavələr edilərək genişləndirilmiş və o xaç formasına (yuxarıdan baxdıqda) salınmışdır. Bu iş 1846 – 1853-cü illər arasında baş vermişdir. Belə ki 1846-ci ilin “Kafkaz” qəzetində kilsə binasının Toskan ordeni arxitekturası üslubundа, rakovist daşlardan tikilməsi barədə məlumat verilirsə, qalanın 1853-cü il planında kilsə binası artıq xaç şəklinə salınmış əlavələri ilə birlikdə göstərilir.

Kilsə binasının ilkin təyinatı ilə bağlı iddialar və ehtimallar

XX əsrin ortalarında mütəxəssislər Nuxa qalası ərazisinə baxış keçirərkən bu qənaətə gəlmişlər ki, 6 ha ərazini əhatə edən qalanın içində məscid və Şəki xan sarayı istisna olmaqla, bütün tikililər rus dövrünə aiddir[11], baxmayaraq ki, 1853-cü ildən indiyə qədər qalada heç bir məscid yoxdur. Görünür, burada daha köhnə hesab edilmiş məscid deyildikdə Üçmüqəddəs kilsəsi nəzərdə tutulmuşdur. Səbəb isə bu ola bilər ki, İosif Seqalın və öz dövrünün görkəmli maarifçilərindən biri olan Rəşid bəy Əfəndiyevin, müvafiq olaraq, 1902-ci ildə və 1925-ci ildə çap olunmuş kitablarında iddia edilmişdir ki, ruslar 1828-ci ildə xanın qaladakı məscidini pravoslav kilsəsinə çevirmişlər[7][12].

Bəzi tədqiqatçılar kilsə binasını Qafqaz Albaniyası dövrünə – V-VI əsrlərə, aid etməyə çalışıblar[13].

Məlum olduğu kimi, kilsənin yerləşdiyi qalanın divarları elə tikilmişdir ki, yuxarıdan baxdıqda ərəb əlifbası ilə “Məhəmməd... (xan)” kimi oxunur[14][15]. Ehtimallar irəli sürülüb ki, bu oxunuşda kilsə binası ilkin dairəvi görkəmi ilə “Nun” hərfinin nöqtəsi ola bilər; başqa sözlə, kilsə binası “Nun” hərfinin nöqtəsi kimi tikilmişdir[16].

Kilsə binasının şərq tərəfindəki ərazi

Rusiya İmperiyası dövründə Nuxada vəfat etmiş bir-neçə yüksək çinli rus məmurunun qəbri hal-hazırda kilsənin şərq tərəfindəki torpaq sahəsindədir. Mümkündür ki həmin ərazi ruslara məxsus qəbiristanlıq olmuş və orada daha çox sayda rus məmuru, rus hərbi qulluqçusu dəfn edilmişdir.

İstinadlar

  1. Şəki // Azərbaycan Sovet Ensiklopediyası  : [10 cilddə] / baş red. C. B. Quliyev. — Bakı: Qızıl Şərq, 1987. — X  cild. — Səh.: 500. — 80.000 nüsx.
  2. 2,0 2,1 "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI" (in  (azərb.)). e-qanun.az. 2001-08-02. Archived from the original on 2015-04-25. https://web.archive.org/web/20141108101621/http://e-qanun.az/files/framework/data/2/c_f_2847.htm. Retrieved 2015-04-25. 
  3. C.Х.Гаджиева, Азербайджанский Архитектурно- Строительный Университет, Баку, Азербайджан. ДВОРЦОВЫЕ СООРУЖЕНИЯ ГОРОДА ШЕКИ.
  4. Странник, 1861, с. 22.
  5. Кавказский календарь 1912, с. 106.
  6. (Нуха 1846, сс. 95-96)
  7. 7,0 7,1 Сегаль И. Л. 1902, с. 15.
  8. Серия Монастыри Крыма. Рассекречено. Топловская Свято-Параскевская обитель
  9. Гавриил Францевич Печинский — Родовод
  10. Церковныя вѣдомости 1905, с. 175.
  11. Дадашев С. А., Усейнов М. А. 1948, с. 21.
  12. Rəşid bəy Əfəndiyev. Nuxa qəzasındakı asarü-ətiqələr haqqında, Bakı, 1925.
  13. Г. Мамедова - Зодчество Кавказской Албании, Баку, 2004, стр. 42-43.
  14. Köçərli Firudin bəy. Azərbaycan ədəbiyyatı, I cild, səh.: 397, Bakı, 2005.
  15. Köçərli Firudin bəy. Azərbaycan ədəbiyyatı, I cild, Mirzə Fətəli Axundov, html.
  16. Aydın Məmmədov, Muzey işi və tarixi abidələrin mühafizəsi üzrə mütəxəssis. "İpəkçi" qəzeti, 7 mart 2013-cü il, №1(2287), səh. 4.

Ədəbiyyat

Qeydlər

  1. 1905-ci ilin “Tserkovnıya Vedomosti”nda: Nuxa Müqəddəs kilsəsi" (rus.: Нухинская Святительская церковь) ((Церковныя вѣдомости 1905, с. 175)).
  2. Şəki xan sarayı həyətinin köhnə qapısının yeri; həyətin içərisindən görünüş; bu qapının qarşısında 20-ci əsrin 90-cı illərinə qədər kiçik, 2x2 m ölçülü kilsə vardı və bu kilsə 1828-ci ildə xanın ev məscidinin yerində yaradılmışdı.

    Raportda Məhəmmədhəsən xanın evindən aşağıda, evə giriş qapısının solunda xanın şəxsi ibadətxanasının olması göstərilir, amma 2X2 m ölçülü həmin kiçik kilsə, Məhəmmədhəsən xanın evinin içində olmuşdur və XX əsrin 90-cı illərinə qədər orada kiçik bir kilsə vardı və rusların kilsəyə çevirdikləri məscidə bu daha çox uyğun gəlir. Üçmüqəddəs kilsəsi isə oradan azı 50 metr cənubdadır.

    Raportda qaladakı bir çox tikililərin özləri və koordinatları barədə məlumat verildikdən sonra həm də qeyd edilib ki, "qaladakı Şəkinin rəhbərlərinə aid olmuş digər tikililər əsgərlər və xoylular tərəfindən tutulmuşdur". Bu qeyd qalada mövcud olan tikililərdən bəzilərinin raportda göstərilmədiyinə bir işarədir və bu səbəbdən də Üçmüqəddəs kilsəsi binasının 1819-cu ildə mövcud olub-olmamasını həmin sənəd əsasında dəqiqləşdirmək də mümkün deyil ((Описание Шекинской провинции 1866)).

  3. 1853-cü ilə və 1861-ci ilə aid mənbələrdən kilsədə eyni şəxsin keşiş olduğu görünür. Birincidə keşişin adı “Yevstafi ata” ((Журнал Министерства народного просвещения 1853, с. 149)), ikincidə isə “Yevstafi Xuçiyev” kimi yazılıb ((Странник, 1861, с. 22)). 'Yevstafi Xuçiyev 1861-cı ildə Nuxa qəza məktəbində öz təriqəti üzrə dini dərs deyirdi ((Кавказский календарь 1861, с. 357))
  4. Şəki şəhərindəki rus kilsəsinin cənub tərəfində David Utiyevin qəbri

    David Utiyevin adı mənbədə milad bayramı münasibəti ilə mükafatlandırılmış din xadimlərinin sırasında çəkilir. O, 1875-ci ildə ingiloy kilsəsinin keşişi idi və Tasmalı kənd əhalisinin xristianlaşdırılmasına çalışmışdı (Християнізація в північно–західному Азербайджані в ...). David Utiyev 1916-cı ildə Nuxa özəl kişi gimnasiyasında öz təriqəti üzrə dini dərs deyirdi ((Кавказский календарь 1916, с. 357)). Qəbri isə kilsənin cənub-qərb tərəfindədir.

Həmçinin bax

Vikianbarda Nuxa Üçmüqəddəs kilsəsi ilə əlaqəli mediafayllar var.

Xarici keçidlər