Hörmətli oxucular, xahiş edirik nəzərə alasınız ki, Şəki Ensiklopediyası təzəlikcə – yalnız bu il may ayının sonlarında fəaliyyətə başlayıb. İyunun sonunadək biz daha çox texniki məsələlərlə məşğul olduq. Bundan sonra isə Şəki Ensiklopediyasının ən geci ilin sonunadək mükəmməl və mötəbər bir ensiklopediyaya çevrilməsi istiqamətində çalışmaq fikrindəyik. Hal-hazırda buradakı məqalələrdən bəziləri ensiklopedik tələblərə cavab verməsə də ilin sonunadək bu və digər qüsurlar tamamilə aradan qaldırıla bilər. Bu işdə sizin töhfənizin olacağını da istisna hesab etmirik. Hörmətlə, WikiSysop (müzakirə) 23:17, 30 iyun 2019 (UTC)

Ülkər Hüseynova

Şəki Ensiklopediyası saytından
Jump to navigation Jump to search
Ülkər Hüseynova
Ülkər İbrahim qızı Hüseynova
Ülkər Hüseynova
Doğum tarixi 24 aprel 1937 (1937-04-24) (82 yaş)
Həyat yoldaşı Şirməmməd Hüseynov
Vətəndaşlığı Flag of Azerbaijan.png Azərbaycan

Ülkər Hüseynova“Elm və həyat” jurnalının redaktor müavini və AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutun baş mütəxəssisi (2013).

Həyatı[redaktə]

24 aprel 1937-ci il tarixdə Nuxa şəhərində anadan olub. 1955-ci ildə Bakıdakı 132 saylı məktəbi bitirmiş və Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur.

1966-cı ildən “Elm və həyat” jurnalında işləyir. Əvvəl şöbə müdiri, 1993–1995-ci illərdə baş redaktorun müavini, 1995–1997-ci illərdə baş redaktor, hal-hazırda isə redaktor müavini vəzifəsində çalışır. 45 il ərzində çap olunmuş yüzlərlə müxtəlif janrlı elmi-publisistik məqalələrinin bir qismi 2004-cü ildə nəşr edilmiş «“Elm və həyat”ın işığında» adlı kitabında toplanmışdır.

O, 2003-cü ildə Heydər Əliyevə həsr olunmuş «Heydər Əliyev və Azərbaycanın kimya sənayesi», 2006-cı ildə «Dahi qafqazlılar» seriyasından Lütfi Zadənin həyat yoldaşı xanım Fey Zadənin «Qeyri-səlis məntiqin atası ilə həyatım və səyahətlərim» əsərlərini ruscadan azərbaycan dilinə tərcümə edib. 1999-cu ildə Açıq Cəmiyyət İnstitutunun keçirdiyi müsabiqənin qalibi olmuş və Açıq Cəmiyyət İnstitutu ilə Rusiya Federasiyası Təhsil Nazirliyinin birgə layihəsi əsasında hazırlanan yeni nəsil üçün tədris ədəbiyyatı olan A.A.Zakin üçcildlik «6,7, 8, 9 yaşlı uşaqların intellekt qabiliyyətinin inkişaf etdirilməsi» kitabın tərcüməçi və redaktorlarından biri və «Rusca-Azərbaycanca-ingiliscə sənaye-kimya lüğəti»nin redaksiya-nəşriyyat qrupunun üzvü olub.

Ülkər Hüseynovanın təhsil aldığı 132 saylı orta məktəbin 300-ə qədər məzununun həyat və fəaliyyətini əks etdirən «Mənim fəxrim – məktəbim» adlı kitabı 2008-ci ildə işıq üzü görüb.

«Vətən» Mediya Diplomuna (1993), iki dəfə Azərbaycan Jurnalistlər Birliyinin Zərdabi Diplomuna (2001, 2011), 2 dəfə Azərbaycan KİV işçiləri Həmkarlar İttifaqının «Qızıl qələm» mükafatına (1995, 2001) layiq görülüb.

Pofessor Şirməmməd Hüseynovun həyat yoldaşıdır.

2010-cu ildə AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub.

2013-cü ildən AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda baş mütəxəssis vəzifəsində çalışır.

İki qızı, nəvələri vardır.

Çap olmuş əsərləri[redaktə]

  • “Elm və həyat”ın işığında. Bakı, 2004.
  • Mənim fəxrim-məktəbim. Bakı, 2008, (təhsil aldığı 132 saylı orta məktəb haqqında).
  • Üç nəsil-zəmanələrlə üz-üzə. Bakı, 2013.

İstifadə edilmiş əsas mənbələr[redaktə]