Hörmətli oxucular, xahiş edirik nəzərə alasınız ki, Şəki Ensiklopediyası təzəlikcə – yalnız bu il may ayının sonlarında fəaliyyətə başlayıb. İyunun sonunadək biz daha çox texniki məsələlərlə məşğul olduq. Bundan sonra isə Şəki Ensiklopediyasının ən geci ilin sonunadək mükəmməl və mötəbər bir ensiklopediyaya çevrilməsi istiqamətində çalışmaq fikrindəyik. Hal-hazırda buradakı məqalələrdən bəziləri ensiklopedik tələblərə cavab verməsə də ilin sonunadək bu və digər qüsurlar tamamilə aradan qaldırıla bilər. Bu işdə sizin töhfənizin olacağını da istisna hesab etmirik. Hörmətlə, WikiSysop (müzakirə) 23:17, 30 iyun 2019 (UTC)

Şəki bələdiyyəsi

Şəki Ensiklopediyası saytından
(Şəki şəhər bələdiyyəsi səhifəsindən yönləndirilmişdir)
Jump to navigation Jump to search

Şəki şəhər bələdiyyəsiAzərbaycan Respublikasındakı respublika tabeliyindəki şəhərinŞəki şəhərinin bələdiyyəsi.

Tarixi[redaktə]

Şəki Şəhər Bələdiyyəsinin inzibati binası.

Azərbaycanda ilk dəfə 1999-cu ilin dekabrında keçirilən bələdiyyə seçkiləri nəticəsində Şəki şəhər bələdiyyəsi yarandı.

Azərbaycan Respublikasının Konstitusiyasının 144-cü maddəsinə və Mərkəzi Seçki komissiyasının 11 yanvar 2010-cu il tarixli qərarına əsasən 2009-cu ilin dekabr ayının 23-də keçirilən seçkilərdə Şəki rayonun Şəki Bələdiyyəsinə 17 nəfər bələdiyyə üzvü seçilmişdir[1]

Bələdiyyədə 5 daimi komissiya fəaliyyət göstərir:

  1. Büdcə məsələləri daimi komissiyası
  2. İqtisadi inkişaf məsələləri daimi komissiyası
  3. Hüquq məsələləri daimi komissiyası
  4. Yerli-sosial məsələləri daimi komissiyası
  5. Ekologiya məsələləri daimi komissiyası

Yeni tərkibdə seçilmiş Şəki Bələdiyyəsi 29 yanvar 2012-cu il tarixdən fəaliyyətə başladı.[2]

İstinadlar[redaktə]