Hörmətli oxucular, xahiş edirik nəzərə alasınız ki, Şəki Ensiklopediyası təzəlikcə – yalnız bu il may ayının sonlarında fəaliyyətə başlayıb. İyunun sonunadək biz daha çox texniki məsələlərlə məşğul olduq. Bundan sonra isə Şəki Ensiklopediyasının ən geci ilin sonunadək mükəmməl və mötəbər bir ensiklopediyaya çevrilməsi istiqamətində çalışmaq fikrindəyik. Hal-hazırda buradakı məqalələrdən bəziləri ensiklopedik tələblərə cavab verməsə də ilin sonunadək bu və digər qüsurlar tamamilə aradan qaldırıla bilər. Bu işdə sizin töhfənizin olacağını da istisna hesab etmirik. Hörmətlə, WikiSysop (müzakirə) 23:17, 30 iyun 2019 (UTC)

Aşağı Küngüt

Şəki Ensiklopediyası saytından
Jump to navigation Jump to search
Yaşayış məntəqəsi
Aşağı Küngüt


Ölkə Azərbaycan
Region Şəki rayonu
Əhalisi 1358 nəfər
Poçt indeksi AZ5512[1]



Aşağı KüngütAzərbaycan Respublikasının Şəki rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Şəki şəhərindən 25 km cənub-şərqdə yerləşir, Əyriçayın qolu olan Küngüt çayının sahilində, Qanıx-Həftəran vadisindədir.

Kəndin əsasını 19-cu əsrin əvvəllərində Baş Küngüt kəndindən çıxmış ailələr qoymuşdular.

Etimologiyası[redaktə]

Toponimin birinci komponenti olan "Aşağı" sözü kəndin coğrafi mövqeyini, yəni kəndin coğrafi baxımdan aşağı tərəfdə yerləşdiyini əks etdirən bir sözdür.

Toponimin ikinci komponenti olan "Küngüt" isə, XIII əsrmonqolların tərkibində gəlmiş, olxonut tayfa birliyinin boylarından biri olan kungiyat/xingid (monqolca adı Кунгият)[2][3] tayfasının adıyla bağlıdır.

Kəndin adının ümumi mənası da "aşağı tərəfdə yerləşən Küngüt kəndi" deməkdir.

Coğrafiyası və iqlimi[redaktə]

Rayon mərkəzindən 25 km cənub-şərqdə, ŞəkiOğuz şosse yolundan 5 km aralı, Küngüt çayının sahilində, Qanıx-Həftəran vadisindədir.

Əhalisi[redaktə]

Kəndin əhalisi 1358 nəfər təşkil edir ki, onun da 641 nəfəri kişi, 717 nəfəri isə qadındır.

İstinadlar[redaktə]

Şablon:Kənd-qaralama