Hörmətli oxucular, xahiş edirik nəzərə alasınız ki, Şəki Ensiklopediyası təzəlikcə – yalnız bu il may ayının sonlarında fəaliyyətə başlayıb. İyunun sonunadək biz daha çox texniki məsələlərlə məşğul olduq. Bundan sonra isə Şəki Ensiklopediyasının ən geci ilin sonunadək mükəmməl və mötəbər bir ensiklopediyaya çevrilməsi istiqamətində çalışmaq fikrindəyik. Hal-hazırda buradakı məqalələrdən bəziləri ensiklopedik tələblərə cavab verməsə də ilin sonunadək bu və digər qüsurlar tamamilə aradan qaldırıla bilər. Bu işdə sizin töhfənizin olacağını da istisna hesab etmirik. Hörmətlə, WikiSysop (müzakirə) 23:17, 30 iyun 2019 (UTC)

Albert Mustafayev

Şəki Ensiklopediyası saytından
WikiSysop (Müzakirə | töhfələr) (Heykəltaraşlıq fəaliyyəti) tərəfindən edilmiş 01:28, 23 avqust 2019 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Albert Mustafayev
2015-ci ildə Azərbaycan Fotoqraflar Birliyi tərəfindən Albert Mustafayevə ilin ən yaxşı fotoqrafı Fəxri fərmanı təqdim edilərkən. 2015-ci ildə Azərbaycan Fotoqraflar Birliyi tərəfindən Albert Mustafayevə ilin ən yaxşı fotoqrafı Fəxri fərmanı təqdim edilərkən.
Doğum tarixi 11 may 1931 (1931-05-11) (88 yaş)
Doğum yeri Nuxa
Təhsili Əzim Əzimzadə adına Rəssamlıq Məktəbi (Bakı) İlya Repin adına Akademik Rəssamlıq, Heykəltəraşlıq və Arxitektura İnstitutu (Lninqrad – 1956-1960)

Albert Mustafayev − Azərbaycanın əməkdar incəsənət xadimi, Azərbaycan İnşaat Mühəndislər İnstitutu Təsviri incəsənət kafedrasının professoru, heykəltəraş və fotoqraf, Bakının simvollarından biri olan “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının müəlliflərindən biri, 2015-ci il üçün Azərbaycanın ən yaxşı fotoqrafı.

Həyat və fəaliyyəti

1931-ci ildə Nuxada – dəmiryolçu ailəsində anadan olub. Hələ orta məktəbdə oxuyarkən rəssamlığa və heykəltəraşlığa meyl edib. Orta məktəbi bitirdikdən sonra Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində heykəltəralığın sirlərini öyrənir. 1956-cı ildə isə Leninqradda – Rəssamlıqlıq Akademiyası nəzdindəki İlya Repin adına Akademik Rəssamlıq, Heykəltəraşlıq və Arxitektura İnstitutuna daxil olur. Leninqradda təhsilini başa vurduqdan sonra Bakıya qayıdır.

Pedoqoji fəaliyyəti

1966-cı ildə Azərbaycan Politexnik İnstitutunun müəllimi olaraq pedoqoji fəaliyyətə başlayıb. 1975-ci ildə iş yerini Azərbaycan İnşaat Mühəndislər İnstitunun Təsviri incəsənət kafedrasına dəyişib. Əvvəl müəllim, sonra baş müəllim, daha sonra dosent və nəhayət proffessor vəzifələrini tutub.

Yaradıcılığı

Heykəltaraşlıq fəaliyyəti

“Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyası (Bakı)
“Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının həmmüləlifi

Albert Mustafayev hələ 1959-cu ildə Leninqradda – Rəssamlıqlıq Akademiyası nəzdindəki İlya Repin adına Akademik Rəssamlıq, Heykəltəraşlıq və Arxitektura İnstitutunun ikinci kursunda oxuyarkən gildən hündürlüyü cəmi 30 santimetr olan “Bəhram Gur əjdahanı öldürür” kompozisiyası hazırlamışdı. 1960-cı ildə isə həmin vaxt Tbilisi Rəssamlıq Akademiyasında təhsil alan Aslan Rüstəmov və Tbilisi Rəssamlıq Akademiyasını yenicə bitirmiş Qorxmaz Sücəddinovla birlikdə qərara gəlirlər ki bu kompozisiyanı yenidən işləyib Bakının fontan-heykəllərinin hazırlanması üzrə müsabiqədə iştirak etsinlər. “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyası üç gəng heykəltəraşın birgə əsəri kimi müsabiqəyə təqdim olunur. Müsabiqəyə təqdim olunmuş çoxsaylı eskizləri nəzərdən keçirən Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri Əliş Ləmbəranski gənc müəlliflərin hazırladıqları eskizi çox bəyənir. Heykəl bürüncdən tökülür və Bakının ən görməli yerlərindən birində ucaldılır.

Digər heykəltəraşlıq işləri

Bakıda: Nizami Gəncəvi Kino Mərkəzinin baş fasadındakı Nizami Gəncəvi heykəli; Nəsimi heykəli, Lütfəli Abdullayevin xatirə lövhəsi; Lətif Kərimovun xatirə lövhəsi.

Fotoqrafiya işləri

Albert Mustafayev Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində oxuyarkən fotoqrafiya ilə məşğul olmağa başlayıb. Leninqradda təhsil alarkən Vıborq mədəniyyət evində onun çəkdiyi fotoşəkillərin birinci sərgisi təşkil olunmuşdu. İkinci sərgisi işlədiyi Azərbaycan İnşaat Mühəndislər İnstitunda keçirilmişdir. Üçüncü sərgi isə 2015-ci ildə – anadan olmasının 85 illiyi münasibəti ilə Azərbaycan Fotoqraflar Birliyinin təşəbbüsü ilə baş tutub və bu sərgidə 2015-ci ilin ən yaxşı fotoqrafı elan olunub. Albert Mustafayev bildirmişdir ki, o, yalnız həvəskar, sadə fotoaparatlardan istifadə etmişdir və özünü peşəkar fotoqraf hesab etmir.

İstinadlar