Hörmətli oxucular, xahiş edirik nəzərə alasınız ki, Şəki Ensiklopediyası təzəlikcə – yalnız bu il may ayının sonlarında fəaliyyətə başlayıb. İyunun sonunadək biz daha çox texniki məsələlərlə məşğul olduq. Bundan sonra isə Şəki Ensiklopediyasının ən geci ilin sonunadək mükəmməl və mötəbər bir ensiklopediyaya çevrilməsi istiqamətində çalışmaq fikrindəyik. Hal-hazırda buradakı məqalələrdən bəziləri ensiklopedik tələblərə cavab verməsə də ilin sonunadək bu və digər qüsurlar tamamilə aradan qaldırıla bilər. Bu işdə sizin töhfənizin olacağını da istisna hesab etmirik. Hörmətlə, WikiSysop (müzakirə) 23:17, 30 iyun 2019 (UTC)

Albert Mustafayev

Şəki Ensiklopediyası saytından
WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 02:26, 23 avqust 2019 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Albert Mustafayev
Albert Zaman oğlu Mustafayev
Albert Mustafayev öz emalatxanasında. Albert Mustafayev öz emalatxanasında.
Doğum tarixi 1931
Doğum yeri Nuxa
Təhsili Əzim Əzimzadə adına Rəssamlıq Məktəbi (Bakı) İlya Repin adına Akademik Rəssamlıq, Heykəltəraşlıq və Arxitektura İnstitutu (Leninqrad – 1956-1960)

Albert Mustafayev − Azərbaycanın əməkdar incəsənət xadimi, Azərbaycan İnşaat Mühəndislər İnstitutu Təsviri incəsənət kafedrasının professoru, heykəltəraş və fotoqraf, Bakının simvollarından biri olan “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının müəlliflərindən biri, 2015-ci il üçün Azərbaycanın ən yaxşı fotoqrafı.

Həyat və fəaliyyəti

1931-ci ildə Nuxada – dəmiryolçu ailəsində anadan olub. Hələ orta məktəbdə oxuyarkən rəssamlığa və heykəltəraşlığa meyl edib. Orta məktəbi bitirdikdən sonra Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində heykəltəraşlığın sirlərini öyrənir. 1956-cı ildə isə Leninqradda – Rəssamlıq Akademiyası nəzdindəki İlya Repin adına Akademik Rəssamlıq, Heykəltəraşlıq və Arxitektura İnstitutuna daxil olur. Təhsilini başa vurduqdan sonra Bakıya qayıdır.

Pedaqoji fəaliyyəti

1966-cı ildə Azərbaycan Politexnik İnstitutunun müəllimi olaraq pedaqoji fəaliyyətə başlayıb. 1975-ci ildə iş yerini Azərbaycan İnşaat Mühəndislər İnstitutunun Təsviri incəsənət kafedrasına dəyişib. Əvvəl müəllim, sonra baş müəllim, daha sonra dosent və nəhayət professor vəzifələrini tutub.

Yaradıcılığı

Heykəltəraşlıq fəaliyyəti

“Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyası (Bakı)
“Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının həmmüəllifi

Albert Mustafayev hələ 1959-cu ildə Leninqradda – Rəssamlıq Akademiyası nəzdindəki İlya Repin adına Akademik Rəssamlıq, Heykəltəraşlıq və Arxitektura İnstitutunun ikinci kursunda oxuyarkən gildən hündürlüyü cəmi 30 santimetr olan “Bəhram Gur əjdahanı öldürür” kompozisiyası hazırlamışdı. 1960-cı ildə isə həmin vaxt Tbilisi Rəssamlıq Akademiyasında təhsil alan Aslan Rüstəmov və Tbilisi Rəssamlıq Akademiyasını yenicə bitirmiş Qorxmaz Sücəddinovla birlikdə bu qərara gəlirlər ki həmin kompozisiyanı yenidən işləyib Bakının fontan-heykəllərinin hazırlanması üzrə müsabiqəyə təqdim etsinlər. “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyası üç gənc heykəltəraşın birgə əsəri kimi müsabiqəyə təqdim olunur. Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri Əliş Ləmbəranski gənc heykəltəraşların hazırladıqları eskizi çox bəyənir. Heykəl bürüncdən tökülür və Bakının ən görməli yerlərindən birində ucaldılır.

Digər heykəltəraşlıq işləri

Bakıda: Nizami Gəncəvi Kino Mərkəzinin baş fasadındakı Nizami Gəncəvi heykəli; Nəsimi heykəli, Lütfəli Abdullayevin xatirə lövhəsi; Lətif Kərimovun xatirə lövhəsi.

Fotoqrafiya işləri

Albert Mustafayev Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində oxuyarkən fotoqrafiya işi ilə məşğul olmağa başlamışdı. Leninqradda təhsil alarkən isə Vıborq mədəniyyət evində onun çəkdiyi fotoşəkillərin birinci sərgisi təşkil olunub. İkinci sərgisi işlədiyi Azərbaycan İnşaat Mühəndislər İnstitutunda olub. Üçüncü sərgi isə 2015-ci ildə – anadan olmasının 85 illiyi münasibəti ilə Azərbaycan Fotoqraflar Birliyinin təşəbbüsü ilə baş tutub və bu sərgidə 2015-ci ilin ən yaxşı fotoqrafı elan olunub. Albert Mustafayev özü isə bildirmişdir ki, o, yalnız həvəskar, sadə fotoaparatlardan istifadə edir və özünü peşəkar fotoqraf hesab etmir.

İstifadə edilmiş əsas mənbələr