Ana səhifə

Şəki Ensiklopediyası saytından
Jump to navigation Jump to search

Şəki Ensiklopediyası

A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

399 məqalə

  • .
  • .
  • .
Yeni məqalələrdən bir nümunə

Aytən Rustəmova

Aytən Rustəmova

Aytən Rustəmova ( d.  15 oktyabr 1976, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı bank işçisi, Avropa Yenidənqurma və İnkişaf Bankının Tacikistan bürosunun rəhbəri; azərbaycanlı-qadın bloger, “Aytən Qiyas-Rustəmova” adı ilə fəaliyyət göstərir, daha çox mədəniyyət sahəsi üzrə ingilis və rus dillərində internetə yerləşdirdiyi bloq yazıları ilə tanınır; həmçinin, Braziliya yazıçısı Paulo Koelyonun məşhur “Əlkimyagər” romanının ingilis dilindən azərbaycan dilinə ilk tərcüməçisidir.

Yaxşı məqalələrdən nümunələr (6 dənə, avtomatik dəyişilir)

Fərəh Əliyeva

Fərəh Əliyeva

Fərəh Əliyeva — Azərbaycan Respublikası Prezident Administrasiyası humanitar siyasət məsələləri şöbəsinin müdiri (2018), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sabiq rektoru (2014 – 2018), sənətşünaslıq elmləri doktoru (2008), Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2017).

Azərbaycan musiqi tarıxınə dair 3 monoqrafiyanın ( “Azərbaycan musiqisində üslub axtarışları” (1994); “XX əsr Azərbaycan musiqisi: tarix və zamanla üz-üzə” (2007); “Üzeyir Hacıbəyli: Şəxsiyyət və cəmiyyət” (2010)), “Musiqi tariximizin səhifələri” elmi və publisistik məqalələr toplusunun (2003), “XX əsr Azərbaycan musiqi mədəniyyəti tarixinin qaynaqları” üçcildliyinin (2005), 2 dərsliyin, 200-ə yaxın elmi və elmi-publisistik məqalənin müəllifidir.

Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür, televiziya və radioda çoxsaylı verilişlərin aparıcısı, iştirakçısı olmuşdur.

Hər gün avtomatik dəyişən şəkillər

Şəkinin tarixi şəkillərindən biri

Nukha-1907-23.png


Yeni materiallardan

Bilirsinizmi?

Aydın Süleymanlı 2017-ci ildə
  • Hindistanın Mumbay şəhərində keçirilmiş şahmat üzrə dünya çempionatında (oktyabr, 2019) 14 yaşlı oğlanlar arasında Dünya çempionu olmuş və Beynəlxalq Usta adını qazanmış Aydın Süleymanlı — Şəkidən çıxmış alimin, vaxtilə, AMEA Fizika İnstitunun baş elmi işçisi olmuş Aydın Süleymanovun nəvəsidir.


Arzu Cəlilova
  • Bədii gimnastika üzrə gənclər arasında I Dünya Çempionatının gümüş və bürünc, Avropa Çempionatının bürünc medalçısı Arzu Cəlilova — Şəkidən çıxmış görkəmli alimlərdən biri, akademik Qurban Cəlilovun nəvəsidir.


“Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyası (Bakı).
  • XX əsrin 60-cı illərindən Bakının simvoluna çevrilmiş “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının üç gənc müəllifindən ikisi – Albert MustafayevAslan Rüstəmov Şəkidən çıxmış heykəltəraşlardır.


Seçilmiş məqalələrdən bir nümunə

Nuxa Üçmüqəddəs kilsəsi

Sabiq Nuxa Üçmüqəddəs kilsəsinin binası, 2013-cü il

Nuxa Üçmüqəddəs kilsəsi (rus.: Нухинская трехсвятительская церковь) — 1828-ci ildən XX əsrin iyirminci illərinədək Nuxa/Şəki qəzasında fəaliyyət göstərmiş yeganə pravoslav kilsəsi. 1851-ci ildən 1919-cu ilədək Nuxa Üçmüqəddəs kilsəsinin altı keşişi olub. Üçmüqəddəs kilsəsinin keşişləri 1854-cü ildən XX əsrin iyirminci illərinədək bir qayda olaraq Nuxa şəhərindəki qəza məktəbində öz təriqətləri üzrə dini dərs deyiblər. Üçmüqəddəs kilsəsi fəaliyyətdə olduğu dövrdə kilsə binasında meteoroloji qərargah da fəaliyyət göstərib.