Ana səhifə

Şəki Ensiklopediyası saytından
WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 22:50, 6 oktyabr 2019 tarixli dəyişiklik
Jump to navigation Jump to search

Şəki Ensiklopediyası

A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z

399 məqalə

  • .
  • .
  • .
Seçilmiş məqalə

Nuxa Üçmüqəddəs kilsəsi

Sabiq Nuxa Üçmüqəddəs kilsəsinin binası, 2013-cü il

Nuxa Üçmüqəddəs kilsəsi (rus.: Нухинская трехсвятительская церковь) — 1828-ci ildən XX əsrin iyirminci illərinədək Nuxa/Şəki qəzasında fəaliyyət göstərmiş yeganə pravoslav kilsəsi. 1851-ci ildən 1919-cu ilədək Nuxa Üçmüqəddəs kilsəsinin altı keşişi olub. Üçmüqəddəs kilsəsinin keşişləri 1854-cü ildən XX əsrin iyirminci illərinədək bir qayda olaraq Nuxa şəhərindəki qəza məktəbində öz təriqətləri üzrə dini dərs deyiblər. Üçmüqəddəs kilsəsi fəaliyyətdə olduğu dövrdə kilsə binasında meteoroloji qərargah da fəaliyyət göstərib.


Yaxşı məqalə

Fərəh Əliyeva

Fərəh Əliyeva

Fərəh Əliyeva — Azərbaycan Respublikası Prezident Administrasiyası humanitar siyasət məsələləri şöbəsinin müdiri (2018), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sabiq rektoru (2014 – 2018), sənətşünaslıq elmləri doktoru (2008), Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2017).

Azərbaycan musiqi tarıxınə dair 3 monoqrafiyanın ( “Azərbaycan musiqisində üslub axtarışları” (1994); “XX əsr Azərbaycan musiqisi: tarix və zamanla üz-üzə” (2007); “Üzeyir Hacıbəyli: Şəxsiyyət və cəmiyyət” (2010)), “Musiqi tariximizin səhifələri” elmi və publisistik məqalələr toplusunun (2003), “XX əsr Azərbaycan musiqi mədəniyyəti tarixinin qaynaqları” üçcildliyinin (2005), 2 dərsliyin, 200-ə yaxın elmi və elmi-publisistik məqalənin müəllifidir.

Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür, televiziya və radioda çoxsaylı verilişlərin aparıcısı, iştirakçısı olmuşdur.

Yeni materiallardan

Bilirsinizmi?

Aydın Süleymanlı 2017-ci ildə
  • Hindistanın Mumbay şəhərində keçirilmiş şahmat üzrə dünya çempionatında (oktyabr, 2019) 14 yaşlı oğlanlar arasında Dünya çempionu olmuş və Beynəlxalq Usta adını qazanmış Aydın Süleymanlı — Şəkidən çıxmış alimin, vaxtilə, AMEA Fizika İnstitunun baş elmi işçisi olmuş Aydın Süleymanovun nəvəsidir.


Arzu Cəlilova
  • Bədii gimnastika üzrə gənclər arasında I Dünya Çempionatının gümüş və bürünc, Avropa Çempionatının bürünc medalçısı Arzu Cəlilova — Şəkidən çıxmış görkəmli alimlərdən biri, akademik Qurban Cəlilovun nəvəsidir.


“Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyası (Bakı).
  • XX əsrin 60-cı illərindən Bakının simvoluna çevrilmiş “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının üç gənc müəllifindən ikisi – Albert MustafayevAslan Rüstəmov Şəkidən çıxmış heykəltəraşlardır.


Şəkinin tarixi şəkillərindən biri (gündəlik dəyişir)

Nukha-1907-23.png