Arzu Abdulhəmidov

Şəki Ensiklopediası səhifəsi
Jump to navigation Jump to search
Arzu Abdulhəmidov
Arzu Abdulhəmidov
Doğum tarixi 14 avqust 1956 (1956-08-14) (63 yaş)
Doğum yeri Flag of the Soviet Union.svg SSRİ
Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Kirovabad (Gəncə)
Atası Əhməd Abdulhəmidov
Anası Solmaz Abdulhəmidova
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
Milliyyəti azərbaycanlı
İxtisası mühəndis-mexanik
Təhsili Azərbaycan Kənd Təsərrüfatı İnstitutu (1974 – 1979)

Arzu Abdulhəmidov (Abdulhəmidov Arzu Əhməd oğlu; d.  14 avqust 1956, Kirovabad (Gəncə), Azərbaycan SSR, SSRİ) — “Şəki Sərnişin” ASC-nin sədri, 2020-ci ildə – 6-cı çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə, 114 saylı Şəki Kənd Birinci Seçki dairəsindən deputatlığa namizəd olmuş, lakin seçkiyədək namizədliyini geri götürmüşdür.

Haqqında məlumatlar[redaktə]

1956-cı ildə Kirovabad (Gəncə) şəhərində anadan olub. 1963 − 1973-cü illərdə Nuxa (Şəki) şəhərindəki 11 №-li orta məktəbdə oxuyub. 1974 – 1979-cu illərdə isə mühəndis-mexanik ixtisası üzrə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda ali təhsil alıb. 1980-cı ildə Şəki 2717 №-li Avtodəstədə 2-ci dərəcəli çilingər kimi əmək fəaliyyətinə başlayıb, daha sonra həmin müəssisədə müxtəlif vəzifələrdə çalışıb. 12 dekabr 1991-ci il tarixdən Şəki 2717 №-li Avtodəstənin rəisi, 1997-ci ilin əvvəllərindən isə regional (Balakən-İsmayıllı) Avtonəqliyyat İstehsalat Birliyinin baş direktoru olub. 1998-ci ildə birinci Dövlət Özəlləşmə Proqramının həyata keçirilməsi ilə əlaqədar yaranmış yeni müəssisənin – “Şəki Sərnişin” ASC-nin sədri vəzifəsinə seçilib.

Ailəlidir, iki oğlu və iki nəvəsi var.

İctimai aktivliyi[redaktə]

1990-cı ildə Şəki Şəhər Xalq Deputatları Sovetinə deputat, 1999 – 2014-cü illər arasında üç dəfə Şəki şəhər bələdiyyəsinə üzv seçilmişdir. Şəki şəhər bələdiyyəsinin üzvü olarkən, birinci dəfə iqtisadiyyat, ikinci və üçüncü dəfələrdə isə ekologiya komissiyasının sədri olub.

1997-ci ilin aprel ayında Avtomobil Nəqliyyatı Nazirliyinin (Azəravtonəqliyyat Dovlət konserninin) kollegiya üzvü seçilmişdir.