Hörmətli oxucular, xahiş edirik nəzərə alasınız ki, Şəki Ensiklopediyası təzəlikcə – yalnız bu il may ayının sonlarında fəaliyyətə başlayıb. İyunun sonunadək biz daha çox texniki məsələlərlə məşğul olduq. Bundan sonra isə Şəki Ensiklopediyasının ən geci ilin sonunadək mükəmməl və mötəbər bir ensiklopediyaya çevrilməsi istiqamətində çalışmaq fikrindəyik. Hal-hazırda buradakı məqalələrdən bəziləri ensiklopedik tələblərə cavab verməsə də ilin sonunadək bu və digər qüsurlar tamamilə aradan qaldırıla bilər. Bu işdə sizin töhfənizin olacağını da istisna hesab etmirik. Hörmətlə, WikiSysop (müzakirə) 23:17, 30 iyun 2019 (UTC)

"Aydın Məmmədov (jurnalist)" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası saytından
Jump to navigation Jump to search
(Səhifəni '{{Şəxs |Adı = Aydın Məmmədov |Orijinal adı = Aydın Salis oğlu Məmmədov |Şəkil = |Şəkil miqyası = 250px |Şəkil məlumat...' ilə yarat)
 
(Elmi nəşrlərdə dərc olunmuş məqalələri)
 
Sətir 70: Sətir 70:
 
* Bir qəbir kitabəsinin izi ilə, yaxud Fətəli xan Xoyskinin əsli nəcabətinə dair tarixi faktlar. [[Jahrbuch Aserbaidschanforschung]], Berlin, 2007.
 
* Bir qəbir kitabəsinin izi ilə, yaxud Fətəli xan Xoyskinin əsli nəcabətinə dair tarixi faktlar. [[Jahrbuch Aserbaidschanforschung]], Berlin, 2007.
 
* İbn Ərəbşahın məlum "Əcaibül-məqdur fi nəvaib timur" əsərində Şəkiyə dair naməlum bəhslər, [[Elm (qəzet)|"Elm"]] qəzeti, 30 oktyabr 2007-ci il.
 
* İbn Ərəbşahın məlum "Əcaibül-məqdur fi nəvaib timur" əsərində Şəkiyə dair naməlum bəhslər, [[Elm (qəzet)|"Elm"]] qəzeti, 30 oktyabr 2007-ci il.
* [http://www.cubuk.bel.tr/belediye_yayinlari/cubuk-ve-cevresi-uluslararasi-sempozyumu.pdfİbn-i Arabşah'ın Ankara savaş'ından dönen Emir Timur'un "Gel-Gör-Git" kalesi'ni kuşatması hakkında yazdıkları, Bütün yönleriyle Çubuk ve Çevresi (Uluslararası Sempozyumu). səh.369-378. Ankara, 2016].
+
* [http://www.cubuk.bel.tr/belediye_yayinlari/cubuk-ve-cevresi-uluslararasi-sempozyumu.pdf İbn-i Arabşah'ın Ankara savaş'ından dönen Emir Timur'un "Gel-Gör-Git" kalesi'ni kuşatması hakkında yazdıkları, Bütün yönleriyle Çubuk ve Çevresi (Uluslararası Sempozyumu). səh.369-378. Ankara, 2016].
  
 
==Mənbələr==
 
==Mənbələr==

Səhifəsinin 15:33, 23 avqust 2019 tarixinə olan son halı

Aydın Məmmədov
Aydın Salis oğlu Məmmədov
Aydın Məmmədov

Doğum tarixi 28 fevral 1967 (1967-02-28) (52 yaş)
Uşaqları Səkinə Məmmədova, Cavidan Məmmədov
Atası Salis Məmmədov
Vətəndaşlıq Flag of the Soviet Union.svg.png SSRİFlag of Azerbaijan.png Azərbaycan
Milliyyəti azərbaycanlı
İxtisası Muzey işi və tarixi abidələrin mühafizəsi

Aydın Məmmədov (Aydın Salis oğlu Məmmədov; d. 28 fevral 1967, Nuxa, Azərbaycan SSR, SSRİ) — “Şəkinin səsi” qəzetinin həmtəsisçisi və baş redaktoru, "İpəkçi" qəzetinin baş redaktoru.

Həyatı[redaktə]

Aydın Məmmədov 28 fevral 1967-ci il tarixdə Nuxa şəhərində ziyalı ailəsində[q 1] anadan olmuşdur.

1987-ci ildə hərbi xidmətini başa vurduqdan sonra orta ixtisas təhsilini tamamlamış və 1989-cu ildən Şəki İstehsal İpək Birliyinin idarəsində Əməyin mühafizəsi və texniki təhlükəsizlik şöbəsində texnik vəzifəsində əmək fəaliyyətinə başlamışdır. Həmin ildə "Şəki fəhləsi" qəzetində onun Şəkinin tarixinə aid ilk məqalələri dərc olunub.

1993-cü ildə atası Salis Məmmədovla birlikdə "Şəkinin səsi" qəzetini təsis edirlər və bu qəzetin redaktoru olur.

Sonralar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Muzey işi və tarixi abidələrin mühafizəsi ixtisası üzrə ali təhsil alır.

2009-2012-ci illərdə “İpəkçi” qəzetinin ştat üzrə redaktoru, 2012-2015-ci illərdə “Mədəni İrsin Qorunmasına Dəstək” İB-ndə ştat üzrə mütəxəssis vəzifəsində çalışmışdır.

Xarici və respublika elmi nəşrlərində elmi-tarixi mövzularda məqalələri çap olunub;

2015-ci ildə Ankarada "Çubuk ve Çevresi" Beynəlxalq simpoziumunda iştirak etmiş və Türkiyə aparıcı KİV-ində adı çəkilmişdir[1][2]. Eyni vaxtda Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Ankaradakı iqamətgahında təşkilatın rəhbəri Düsen Kaseyinov tərəfindən qəbul edilmişdir[3].

Hazırladığı ictimai və iqtisadi mövzularda xəbər və məqalələrinə Azərbaycanın aparıcı KİV-ində istinadlar olunur[4][5][6][7][8]. Aydın Məmmədovun farscadan tərcümələrinə, elmi-tarixi mövzuda məqalələrinə, fikirlərinə isə elmi nəşrlərdə və elmi məqalələrdə[9][10][11], jurnalist araşdırmalarında[12] istinadlar edilir. Azərbaycan aparıcı KİV-inin mədəniyyət proqramlarında iştirak etmişdir[13].

DMOZ Açıq Kataloğunun azərbaycan, tatar, özbək, türkmən, uyğur, qırğız, başqırd dillərindəki saytlar üçün bütün kateqoriyaların və ingiliscə “Azerbaijan” kateqoriyasının və s. kateqoriyaların redaktoru idi[14].

Ailəsi[redaktə]

Ailəlidir bir oğlu və bir qızı var.

Qızı Səkinə Məmmədova Azərbaycan qadın milli kabaddi komandasının tərkibində Kabaddi üzrə Dünya Kuboku 2014-də iştirak edib.

Maraqlı[redaktə]

2014-cü ilin yanvarında Zaur Həsənovun intiharının səbəbkarlarının cəzalandırılması üçün Feysbuk sosial şəbəkəsində imzatoplama kompaniyası təşkil etmiş[15] və bu Azərbaycan aparıcı KİV-inin diqqətinə səbəb olmuşdur[16][17][18].

2016-cı il yanvarın sonunda baş nazirin müavininin iştirak etdiyi yığıncaqda çıxışı[19] da Azərbaycan aparıcı KİV-nin diqqətinə səbəb olmuşdur[20].

2016-cı ildə XII-XIII əsrlərə aid 134 ədəd Şirvanşahlar dövləti sikkəsini Azərbaycan Tarixi Muzeyinə təhvil vermişdir.

Fətəli xan Xoyskinin atabir bacısı Səltənət bəyimin qəbirinin Şəki xan qəbiristanlığında olduğunu və sonradan başdaşısının götürüldüyünü və Səltənət bəyimin anasının qəbri üzərində olmuş başdaşı hissəsini aşkar etmişdir[21].

Elmi nəşrlərdə dərc olunmuş məqalələri[redaktə]

Mənbələr[redaktə]

Həmçinin bax[redaktə]

Qeydlər[redaktə]

  1. Atası Salis Məmmədovİpəkçi” qəzetinin redaktoru idi, daha sonralar o, Azərbaycan respublikasının Əməkdar jurnalisti oldu. Babası Məmmədsani Məmmədov həmin vaxt “Bakinskiy raboçiy” qəzetinin bölgə müxbiri idi, daha əvvəllər isə “Şəki fəhləsi” qəzetinin redaktoru olmuşdu, əslən Şamaxıdan (Fəxri Xiyabanda bizdən də bir nəfər var, yaxud Salis Məmmədovun maraqlı əsli-nəcabəti haqqında məktub) idi. Anası Nuriyyə Hüseynova, Əlixan Hüseyn ağa oğlu Şəkixanovun qızı, İsmayıl ağa Kərim ağa oğlunun nəvəsi idi.

İstinadlar[redaktə]

  1. Milliyet.com.tr
  2. Hurriyet.com.tr
  3. Bir neçə gün Ankarada - Beynəlxalq Çubuk simpoziumunda (8-11 oktyabr, 2015)
  4. Haqqin.az, ОАО «Шеки-Ипек» приостановило деятельность
  5. “Şəki-İpək” ASC fəaliyyətini dayandırdı
  6. Azadliq.org “Şəki-İpək” fəaliyyətini dayandırıb
  7. Qafqazinfo.az, Cahangir Hacıyevin 50 milyonluq əməliyyatı
  8. Azadliq.info. İntihar edən sahibkarın qanı batırıldı.
  9. Əli Şamil, Qafqazda Qaqauz izləri və bölgə xalqlarinin dini inanclarina dair bəzi mülahizələr
  10. Ləman Vaqifqızı. Şəki folklor mühiti. Səh.: 20. Bakı, 2012.
  11. Həsən bəy Rumlu. Əhsənüt təvarix. (ISBN 978-605-030-641-5 ) Səh.: 365, qeyd: 1540. Kastamonu – 2017.
  12. Nnews.atv.az. Nəsrəddin Şah və onun hərəmxanası
  13. 20.00 və 23.00-da "Azadlıq" radiosunun "İz" Mədəniyyət proqramında, aparıcısı Sevda xanım, Aydın Məmmədov, Xarici İşlər Nazirliyi Dövlət Protokolu İdarəsinin rəisi, həm də qərargahı Lüksembruqda yerləşən Əsilzadələr Cəmiyyətinin www.almanach.be saytı redaksiyasının üzvü Pərvin Mirzəzadə "mühacirətdə olan qəbirlər" mövzusunda diskusiya
  14. Editor profile.
  15. Sheki.today, Zaur Həsənovun intiharı ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına müraciət Prezident Administrasiyasına təqdim edildi.
  16. Azadlıq Radiosu, Arifə Kazımova, Prezidentə müraciət: “Zaur Həsənovun özünü yandırmasından təsirlənmisiz...”
  17. Haqqin.az, Народ требует наказать Саттара Мехбалыева
  18. Azadliq.info, İlham Əliyevə müraciət: Qazinin intiharına görə cinayət işi açılsın İlham Əliyevə müraciət: Qazinin intiharına görə cinayət işi açılsın
  19. Sheki.today, Abid Şərifov və Şəkidən seçilmiş deputatlar Şəkidə ictimaiyyətin nümayəndələri ilə görüşdülər
  20. Haqqin.az: Абид Шарифов поехал и потряс Шеки
  21. F. X. Xoyskinin bacısının baş daşı "Şəki Xan qəbristanlığından "yığışdırılmış"dır!

Xarici keçidlər[redaktə]

Vikianbarda Aydın Məmmədov (jurnalist) ilə əlaqəli mediafayllar var.