Hörmətli oxucular, xahiş edirik nəzərə alasınız ki, Şəki Ensiklopediyası təzəlikcə – yalnız bu il may ayının sonlarında fəaliyyətə başlayıb. İyunun sonunadək biz daha çox texniki məsələlərlə məşğul olduq. Bundan sonra isə Şəki Ensiklopediyasının ən geci ilin sonunadək mükəmməl və mötəbər bir ensiklopediyaya çevrilməsi istiqamətində çalışmaq fikrindəyik. Hal-hazırda buradakı məqalələrdən bəziləri ensiklopedik tələblərə cavab verməsə də ilin sonunadək bu və digər qüsurlar tamamilə aradan qaldırıla bilər. Bu işdə sizin töhfənizin olacağını da istisna hesab etmirik. Hörmətlə, WikiSysop (müzakirə) 23:17, 30 iyun 2019 (UTC)

Azərbaycan dili

Şəki Ensiklopediyası saytından
Jump to navigation Jump to search

Azərbaycan dili[1][2]Azərbaycan Respublikasının və Rusiya Federasiyasının Dağıstan Respublikasının[3] rəsmi dövlət dilidir.Altay dilləri ailəsinin türk dilləri şöbəsinin Oğuz sinfinin Qərb qrupuna daxildir.

Azərbaycan dilindən Azərbaycan, İran, İraq, Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna, Suriya ərazisində istifadə olunur.

Azərbaycan Respublikası ərazisində bu dilin cüzi fərqlənən 4 dialekti vardır:

  1. Şərq dialekti — Quba, Şamaxı, Bakı, Muğan və Lənkəran dialektləri
  2. Qərb dialekti - Qarabağ və Qarabağətrafı rayonların dialektləri
  3. Şimal dialekti — Şəki və Zaqatala-Qax dialektləri
  4. Cənub dialekti — Naxçıvan, Ordubad, İrəvan dialektləri [4]

İstinadlar[redaktə]

  1. Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasının Qanunu. Normativ hüquqi aktların vahid internet elektron bazası
  2. Azərbaycan dili
  3. Dağıstan Respublikasının Konstitusiyasına görə rus dili və Dağıstan xalqlarının hər birinin dili respublikanın dövlət dilidir. Yazısı olan 14 dil, o cümlədən Azərbaycan dili dövlət dili kimi istifadə olunur.
  4. Azərbaycan dili tarixi