Hörmətli oxucular, xahiş edirik nəzərə alasınız ki, Şəki Ensiklopediyası təzəlikcə – yalnız bu il may ayının sonlarında fəaliyyətə başlayıb. İyunun sonunadək biz daha çox texniki məsələlərlə məşğul olduq. Bundan sonra isə Şəki Ensiklopediyasının ən geci ilin sonunadək mükəmməl və mötəbər bir ensiklopediyaya çevrilməsi istiqamətində çalışmaq fikrindəyik. Hal-hazırda buradakı məqalələrdən bəziləri ensiklopedik tələblərə cavab verməsə də ilin sonunadək bu və digər qüsurlar tamamilə aradan qaldırıla bilər. Bu işdə sizin töhfənizin olacağını da istisna hesab etmirik. Hörmətlə, WikiSysop (müzakirə) 23:17, 30 iyun 2019 (UTC)

Bəhram bəy Nəbibəyov

Şəki Ensiklopediyası saytından
Jump to navigation Jump to search
Bəhram bəy Nəbibəyov
Bəhram bəy Qasım bəy oğlu Nəbibəyov
Bəhram bəy Nəbibəyov
Doğum tarixi 6 dekabr 1884(1884-12-06)
Vəfat tarixi 20 aprel 1930(1930-04-20)
Həyat yoldaşı Aişə xanım Sultanova
Uşağı Əsmər xanım və Aslan bəy
Atası Qasım bəy Nəbibəyov
Anası Əsmər xanım
Fəaliyyəti hərbçi
Mükafatları III dərəcəli Müqəddəs Stanislav ordeni

Nəbibəyov Bəhram bəy Qasım bəy oğlu (6 dekabr 1884 — iyul 1930) — Çar Rusiyası, Azərbaycan Xalq Cümhuriyyəti və Sovet ordusunun zabiti, polkovnik, 1930-cu il Şəki üsyanının rəhbərlərindən biri.

Həyatı[redaktə]

Bəhram Nəbibəyov 1884-cü ildə Azərbaycanın Şəki şəhərində bəy ailəsində anadan olmuşdu. İlk təhsilini Kutaisi Realnı məktəbində alıb. Sonra Peterburq Konstantin artilleriya məktəbinin tələbəsi olmuşdu. 1904-cü il 2 sentyabrda oranı birinci dərəcəli diplomla başa vurmuşdu. Elə həmin il Qafqazdakı iyirminci artilleriya briqadasında podporuçik kimi hərbi xidmətə başlayıb. Bəhram bəy 1909-cu il 7 sentyabrda poruçik, 1912-ci il 31 avqustda isə ştabs-kapitan rütbəsinə layiq görülmüşdü.

Nəbibəyov qardaşları

Fəaliyyəti[redaktə]

Bəhram Nəbibəyov 1904-cü ildən Rusiya ordusunun Qafqazdakı topçu briqadasında xidmətə başlamışdır. İkinci dərəcəli "Müqəddəs Anna" və "Müqəddəs Stanislav" ordenləri ilə təltif edilmişdir. 1918-ci il 27 noyabrda Azərbaycan topçu briqadasına təyinat almış, sonra isə 2-ci topçu briqadasının 3-cü batareya komandiri vəzifəsində xidmət etmişdir. 1919-cu ilin noyabrında Şüvəlan-Türkan istiqamətində Bakının dənizdən müdafiəsinin təşkili onun rəhbərliyi ilə 3-cü topçu batareyasından və 5-ci Bakı piyada alayının bir bölüyündən təşkil edilmiş dəstəyə tapşırılmışdı. Denikin qüvvələrinin dənizdən ehtimal edilən təhlükəsinin qarşısını almaq üçün Şüvəlan-Türkan-Qala xətti üzrə dəniz sahili böyunca müdafıə mövqeləri tutmuşdu. 1920-ci ilin mart-aprel aylarında cümhuriyyət hərbi qüvvələrinin Qarabağda erməni-daşnak işğalçılarına qarşı apardığı əməliyyatlarda fəal iştirak etmişdir. Onun komandiri olduğu batareya 1920-ci il 8 apreldə Malıbəyli-Şuşakənd ətrafında gedən döyüşlərdə xüsusilə fərqlənmişdir. General Həbib bəy Səlimovun hərbi nazir Səməd bəy Mehmandarova göndərdiyi teleqramda B.Nəbibəyovun bu xidmətləri xüsusi qeyd olunmuşdu. Səməd bəy MehmandarovƏliağa Şıxlinski ilə yaxın dostluq əlaqələri olmuşdur. Azərbaycanı bolşeviklər işğal etdikdən - Aprel işğalından (1920) sonra bir müddət sovet ordusu sıralarında xidmət etmiş, Şuşanın və Şəkinin hərbi komissarı olmuşdur. Şəki Hərbi Komissarlığında işləyərkən - 1930-cu ildə Şəki-Zaqatala bölgəsində (Bideyiz dağı) sovet hakimiyyətinə qarşı baş vermiş xalq üsyanının rəhbərlərindən biri idi. Həmin ilin iyulunda üsyanın yatırılması üçün göndərilmiş çoxsaylı sovet hərbi qüvvələri ilə döyüşdə həlak olmuşdur.

Atası - çar ordusunun ştabs-kapitanı Qasım bəy Hüseyn bəy oğlu Nəbibəyov Orta Asiyada uzun müddət hərbi tərcüməçi işləmiş, eyni zamanda Şəkidə ipək istehsalı ilə məşğul olan müəssisələrə malik olmuşdur. 1925-ci ildə 95 yaşında vəfat etmişdir.

Qardaşları - Kapitan Zahid bəy, kapitan Vahid bəy və polkovnik Hüseyn bəy çar Rusiyasında tanınmış hərbçilər olmuşlar. Zahid bəylə Vahid bəy inqilaba qədər dünyalarını dəyişmiş, Hüseyn bəy isə 1930-cu ildə - bolşeviklər tərəfindən Şəki üsyanı yatırıldıqdan sonra həbs edilmiş və sonrakı taleyi haqda heç bir məlumat yoxdur.

Xarici keçidlər[redaktə]