Hörmətli oxucular, xahiş edirik nəzərə alasınız ki, Şəki Ensiklopediyası təzəlikcə – yalnız bu il may ayının sonlarında fəaliyyətə başlayıb. İyunun sonunadək biz daha çox texniki məsələlərlə məşğul olduq. Bundan sonra isə Şəki Ensiklopediyasının ən geci ilin sonunadək mükəmməl və mötəbər bir ensiklopediyaya çevrilməsi istiqamətində çalışmaq fikrindəyik. Hal-hazırda buradakı məqalələrdən bəziləri ensiklopedik tələblərə cavab verməsə də ilin sonunadək bu və digər qüsurlar tamamilə aradan qaldırıla bilər. Bu işdə sizin töhfənizin olacağını da istisna hesab etmirik. Hörmətlə, WikiSysop (müzakirə) 23:17, 30 iyun 2019 (UTC)

Bəxtiyar Məmmədov (neftçi)

Şəki Ensiklopediyası saytından
Jump to navigation Jump to search
Bəxtiyar Məmmədov
Məmmədov Bəxtiyar Məmməd Rza oğlu
bayraqAzərbaycan SSR neft hasilatı sənayesi naziribayraq
1965 — 1970
 
Doğum tarixi: 18 oktyabr 1925(1925-10-18)
Doğum yeri: Nuxa Flag of the Azerbaijan Soviet Socialist Republic.jpg Azərbaycan SSR
Vəfat tarixi: 1989(1989-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Vəfat yeri: Bakı Flag of the Azerbaijan Soviet Socialist Republic.jpg Azərbaycan SSR
Milliyyəti: Flag of the Soviet Union.svg.png SSRİFlag of Azerbaijan.png Azərbaycan azərbaycanlı
 
Partiya: 20px Kommunist partiyası
Elmi dərəcəsi: texnika elmləri namizədi
 
Mükafatları:

Sosialist Əməyi Qəhrəmanı,Qırmızı Əmək Bayrağı və s.

Məmmədov Bəxtiyar Məmməd Rza oğlu — Bəxtiyar Məmməd Rza oğlu Məmmədov 18 oktyabr 1925-ci ildə Şəki şəhərində anadan olmuşdur. texnika elmləri namizədi, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSRİ-nin Dövlət mükafatı laureatı, Respublikanın əməkdar mühəndisi, SSRİ-nin fəxri neftçisi, SSRİ-nin neft ustası fəxri adlarına layiq görülmüşdür. Qırmızı Əmək Bayrağı, Oktyabr İnqilabı ordenləri və medallarla təltif edilmişdi. Bəxtiyar Məmmədov 4 çağırış Azərbaycan SSR-in, 1 çağırış SSRİ Ali Sovetinin deputatı olmuşdu.

Həyatı[redaktə]

Bəxtiyar Məmməd Rza oğlu Məmmədov 18 oktyabr 1925-ci ildə Şəki şəhərində anadan olmuşdur. Erkən yaşlarından zəhmətə alışan Bəxtiyar orta məktəbi qurtardıqdan sonra 1943-cü ildə o dövrün ən nüfiızlu ali məktəblərindən olan Azərbaycan Sənaye İnstitutuna daxil olmuş və oram 1949-cu ildə bitirərək, dağ-mədən mühəndisi ixtisasına yiyələnmişdir. Bəxtiyar Məmmədov neft-qazçıxarma sənayesində əmək fəaliyyətinə institutda oxuduğu illərdən başlamışdır. 1948-ci ildə Orcenikidzeneft neft-mədən idarəsinin neft hasilatı üzrə usta köməkçisi, usta, mədən rəisinin köməkçisi, böyük mühəndis; 1951-1952-ci illərdə Qobustanneft trestinin böyük mühəndisi, Umbakı mədəninin rəisi, 1952-1955-ci illərdə Gürganneft neft- mədən idarəsində I və II mədənlərin müdiri; 1955-1962-ci illərdə Gürganneft (indiki Neft Daşlan NQÇİ) neft-mədən idarəsinin rəisi; 1962-1963-cü illərdə «Azneft» Birliyinin rəis müavini, baş mühəndis; 1963-1965-ci illərdə Başdənizneft idarəsinin rəisi; 1965-1970-ci illərdə Azərbaycan SSR-in Neft Sənayesi naziri; 1970—1972-ci illərdə Xəzərdənizneft İstehsalat Birliyinin rəisi; 1972-1974-cü illərdə 26 Bakı Komissan adma NQÇİ-nin rəisi; 1974-1976-cı illərdə xarici ölkəyə xidməti ezamiyyətdə - Nigeriyada kontrakt rəhbərinin məsləhətçisi; 1976-1982-ci illərdə «Dənizneftqazlayihə» DETL İnstitutunun elmi işlər üzrə direktor müavini; 1982-1986-cı illərdə «SSRİ-nin 50 illiyi» adına NQÇİ-nin («Bulla-dəniz» NQÇİ) rəisi; 1986-1989-cu illərdə Dənizneftqazlayihə DETL İnstitutunda şöbə rəisi işləmişdir. 1943-cü ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirmişdir. Onun əmək fəaliyyəti bütünlüklə Azərbaycanda neft yataqlarının mənimsənilməsi ilə bağlı idi. İnstitutu bitirdikdən sonra o Ordjenikidzeneft trestinin mədənlərində neft hasilatı və qazılması üzrə usta köməkçisi, usta, böyük mühəndis, sonra isə, Qobustanneft trestinin ÜmBakı yatağında baş mühəndis və mədən rəhbəri işləmişdir.[1]

"Neft Daşları" kimi unikal yatağın sənaye işlənilməsinə başlandıqdan sonra Məmmədov B.M. burada mədən rəhbəri işləmiş, yatağın təchizatına rəhbərlik etmişdir. 1955-ci ildə, yeni "Neft Daşları" NQÇİ yarandıqdan sonra, Məmmədov B.M. yeddi il ərzində onun rəhbəri olmuşdur. 1962-ci ildə o "Azərneft" İB-də baş mühəndis-rəis müavini, sonra isə "Başdənizneft" birliyinin rəhbəri olmuşdur. 1963-cü ildə "Çoxlaylı dəniz neft yataqlarında quyu və layların qazılması, işlənməsi və tədqiqi prinsipləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1965-1970-ci illərdə Azərbaycanın neft hasilatı sənayesi naziri olmuşdur. Nazirliyin ləğvindən sonra, 1970-ci ildən etibarən o "Xəzərdənizneft" İB-nin rəisi işləmişdir. 1974-1976-cı illərdə Nigeriyanın dəniz yataqlarının təchizatı və işlənilməsi üzrə işlərə rəhbərlik etmişdir. 1976-1982-ci illərdə "Qipromorneftqaz"da iqtisadiyyat üzrə direktor müavini, 1982-1986-cı illərdə isə "Bulla-dəniz" iri qaz-kondensat yatağında NQÇİ-nin rəhbəri olmuşdur.

Ailəsi[redaktə]

Nadir şəxsiyyət olan Bəxtiyar Məmmədov həm də qayğıkeş ailə başçısı idi. O, üç övlad tərbiyə edib, cəmiyyətə layiqli varislər verib. Oğlu Yaşar ARDNŞ-də məsul vəzifədə çalışır. Böyük qızı İntizar xanım uşaq həkimidir, kiçik qızı Hicran xanım isə ginekoloq işləyir. Beş nəvəsi, on nəticəsi var. Yeganə oğlan nəvəsinin oğlu Bəxtiyar Məmmədovun adını daşıyır.

Əmək fəaliyyəti[redaktə]

Otuz yaşı yenicə tamam olmuş Bəxtiyar Məmmədov, dənizdə yeni yataqlar aşkar edilən bir zamanda, 1955-ci ildə Neft Daşlarında «Gürganneft» (indiki Neft Daşlan NQÇİ) neft mədənləri idarəsinə rəis təyin edilmişdi. Bəxtiyar Məmmədovun rəhbərlik etdiyi dövrdə Neft Daşlan da özünə şöhrət tapmışdı. Onun bilavasitə rəhbərlik və iştrakı ilə yüzlərlə neft quyulan qazılıb mənimsənilmiş, 10 kilometrlərlə estakadalar, yüzlərlə meydançalar, 2 saylı yaşayış qəsəbəsi, gəmiyanalma körpüləri, şirin su təchizatı ilə əlaqədar qurğular, 300 yerlik mədəniyyət sarayı, yeməkxanalar, dəniz suyunu mexaniki qanşıqlardan təmizləyən sutəmizləyici qurğular, sənaye-yanğınsöndürmə nasos stansiyalan, elektrik enerjisi paylayan yarımstansiya, 100 kilometrlərlə aşağı və yüksək gərginlikli kabel xətləri, aşağı və yüksək təzyiqli qaz, su, neft xətləri, texnikum binası, çoxlu sayda mədəni-məişət obyektləri, kitabxana, mağaza və s. tikilib istifadəyə verilmişdi. Neft Daşlarının mərkəzində sahəsi 6000 m2 olan süni Çvanov adasının yaradılması, gücü sonralar 30.000 Kvt-a çatdırılan buxar turbinli elektrik stansiyasının birinci mərhələsinin işə salınması məhz Bəxtiyar Məmmədovun rəhbərlik etdiyi dövrə təsadüf edir. Həmin dövrdə Neft Daşlarında mürəkkəb məsələlərdən olan işçilərin vertolyot və «Volqoqrad» sərnişin gəmisi ilə daşınması öz həllini tapmışdı. 1955-ci ildə Bəxtiyar Məmmədov «Gürganneft» neft mədənləri idarəsinə rəis təyin edilərkən neft hasilatı 2.404 min ton, laya vurulan su 3736 min ton, elektrik enerjisi 5,9 mln. Kvt.s olmuşdusa, 1962-ci ildə Neft Daşlarından gedərkən həmin göstəricilər müvafiq olaraq 5,773 min ton, 7,084 min ton, 75,4 mln. Kvt.s olmuşdur. Dünyada neftli laylara süni təsir metodlarının əksəriyyətinin «Neft Daşlan» yatağında tətbiq edilməsində Bəxtiyar Məmmədovun böyük rolu olmuşdur. Bunun da nəticəsində quyularm əksəriyyəti fontan üsulu ilə işlə-mişdir. Ümumiyyətlə, Xəzər dənizinin neft və qaz ehtiyatlarının kompleksli mənimsənilməsində Bəxtiyar Məmmədovun gördüyü işi əvəzedilməzdir. Qısa bir vaxtda açıq dənizdə Neft Daşlarını nəhəng neft mərkəzinə çevirməklə Bəxtiyar Məmmədovun titanik əməyi olmuşdur. Onun bir rəhbər kimi ümumi mədəni səviyyəsi çox yüksəklərə qalxmışdır. Bəxtiyar Məmmədov «Azneft» Birliyinin rəisi, «Başdənizneft» İdarəsinin rəisi, Azərbaycan SSR-in Neft Sənayesi naziri işləyərkən də öz mənəvi keyfiyyətlərinə sadiq qalmış, şəxsi xoşbəxtliyinin böyük bir hissəsini başqalarının xoşbəxtliyinə bəxşiş etmişdir. O, sanki hər addımbaşı onu əhatə edən xoşbəxtliyi ətrafındakılara paylamaqdan mənəvi zövq alırdı. Bəxtiyar müəllim neftçilərin qəlbinə elə yol tapmışdı ki, zaman keçdikcə bu səmimiyyət liderliyə çevrilmişdir. Bəxtiyar Məmmədov dünya şöhrətli neftçilər - S.Orucov, S.Vəzirov, Ə.Əlixanov, Ə.Əmirov, Ə.Süleymanov, X. Yusifzadə, Q.Abasov, N.Babayev, B.Hacıyev, F.Səmədov kimi nəhənglər tərəfindən əsası qoyulan neft sənayemizdə sağlam, işgüzar mühitdə işləyib formalaşmış, öz istedadı, əməksevərliyi və yüksək təşkilatçılıq qabiliyyəti sayəsində zirvələrə yüksəlmiş və nəhayət, neft-qazçıxarma sənayesində əbədiyaşar insana çevrilmişdi. Bəxtiyar Məmmədovu neftçilərin sevimlisi edən onun şəxsi keyfiyyətləri — sadəliyi, insanpərvərliyi, qayğıkeşliyi, yüksək bilik və mədəniyyətə malik olması yaxşı adamlara geniş yol açmasıdır.

Xatirələr[redaktə]

Bəxtiyar Məmmədovun xeyirxahlığı mənim şəxsi taleyimdə də öz sözünü deyib. Onunla təmasda olduğum xoşbəxt anlar xatirimdə heç vaxt silinməyən izlər qoyub. Həmin anlan düşündükcə, o böyük insanın nəhəngliyi bir daha gözlərim önündə yenidən canlanır. 1957-ci ilin 3 iyul günü idi. Mən Azərbaycan Sənaye İnstitutunu bitirib, təyinatla Neft Daşlarına işləməyə gəlmişdim. Bəxtiyar Məmmədovun xeyir-duası ilə o vaxtlar birinci mərhələsi işə düşmüş buxar turbinli elektrostansiyaya böyük maşinist vəzifəsinə təyin olundum. Noyabr ayının əvvəlində buxar generatoru sexinin rəisi vəzifəsinə qeyri-millətdən olan bir şəxsin təyin olunması xəbərini eşidib, idarənin rəisi Bəxtiyar Məmmədovun qəbuluna getdim. O, məni qəbul edib, dinləməyə başladı. Mən həmin vəzifəyə layiq olduğumu və qeyri-millətdən olan, ali təhsili olmayan şəxslə hər ikimizin imtahan olunmamızı xahiş etdim.. O, məndən «İmtahandan yaxşı çıxacaqsanmı?» deyə soruşdu. Mən qətiyyətlə «bəli» dedim. İki gündən sonra mənim sex rəisi təyin olunmağım barədə əmr imzalandı. Bəxtiyar müəllim 1958-ci ilin fevral ayında 5 aylıq ixtisasartırma kurslarına getməyimi məsləhət gördü. Mən həmin kursu 3 aya əla qiymətlə başa çatdırıb qayıtdım. O, Neft Texnikumunun Neft Daşlanndakı filialına əvəzetmə ilə rəhbərlik etməyim barədə təqdimat verdi. Otuz ilə yaxm rəhbəri olduğum filialda elmi- pedaqoji fəaliyyətimə görə ona minnətdaram. 1960-cı ildə, cəmi 3 il işlədikdən sonra o, mənə yaşayış evi verdi. O, 1959—1961 -ci illər¬də 8-ci km qəsəbəsində bir məhəllədə 15 ədəd beşmərtəbəli bina tikdirib, gənc mütəxəs¬sislərin 90-95%-ni evlə təmin etmişdi/® Bəxtiyar Məmmədov gənc mütəxəssislərə qarşı olduqca tələbkar, onların bir mütəxəssis

kimi yetişməsində əvəzsiz qayğı göstərən, yüksək elmə və mədəniyyətə malik bir ziyalı idi. Onun verdiyi tövsiyələr şəxsən mənim hə¬yatımda böyük rol oynamışdır. Əgər 1951-ci ih də Neft Daşlarında 35 mühəndis və 25 texnik var idisə, məhz onun qayğısı nəticəsində 1961-ci ildə 214 mühəndis və 166 texnik işləyirdi. 1956-cı äldə Bakı Axşam Neft Texnikumu¬nun filialının açılması, 1959-cu ildə fəhlə- gənclər məktəbinin təşkili, Neft-Kimya İnstitutunun qəbul komissiyası tərəfindən qəbul imtahanlarının Neft Daşlarında aparılması onun gənclərə olan xüsusi münasibətinin nəticəsi idi. 1968-ci ilin avqust ayının 5-də mənə xəbər verdilər ki, nazir Bəxtiyar Məmmədov məni yanına dəvət edib. Onda mən Neft Daşlarında ümumi elektrik təsərrüfatı sexinə və buxar turbinli elektroştansiyaya rəhbərlik edir¬dim, rəis vəzifəsində işləyirdim. Mən nazirin qəbul otağında olarkən bu gün də gözlərim önündə canlanan kövrək bir xatirənin şahidi oldum. Nazirin qəbulundan çıxan yaşlı bir qadm göz yaşlarını saxlaya bilməyərək, hönkürtü ilə ağlayırdı. Qəbul otağında olanlarm hamısı təşviş və həyəcan içində qadını sakitləşdirməyə çalışırdı. Bir qədər keçdikdən sonra qadm özünə gəlib, baş verənləri danışmağa başladı. Məlum oldu ki, həmin qadının 2 aylıq nəvəsinin ana südünə kəskin ehtiyacı olduğundan uşaq ölüm ərəfəsindəymiş. Hər yerdən əli üzülən nənə, mərhum əri neftçi olduğundan, Bəxtiyar müəllimə müraciət etmək qərarına gəlir. Nazir onu xoş üzlə qarşılayaraq, «narahat olmayın, sabahdan evinizə ana südü gətiriləcək» - deyir. Artıq o vaxtdan 3 ay keçib, hər gün evimizə ana südü gətirilir və nəvəmin vəziyyəti çox yaxşıdır. Mən nazirə minnətdarlığımı bildirmək üçün gəlmişdim. O, məni dinlədikdən sonra bildirdi ki, «ev şəraitinizin ağır olduğunu öyrənmişəm, ona görə də sizə ikiotaqlı mənzil ayırmışam». Mənim sevincimin həddi-hüdudu yoxdur. Axıtdığım göz yaşlan sevinc yaşlarıdır. Bu qadının göz yaşları böyük insana olan istəyin, minnətdarlığın ifadəsi idi. Bizim nazir Bəxtiyar Məmmədov insanlara beləcə, bəxtiyarlıq bəxş edərdi. O, məni qəbul edib bildirdi ki, neftvermə qabiliyyətini artırmaq üçün mütərəqqi üsullardan biri olan, laylara yüksək parainetrli buxar vurmaq üçün Yaponiya dövləti SSRİ üçün 15 ədəd, hər biri 2 vaqondan ibarət buxar generatoru qurğusu hazırlamalıdır. Sizin, bu işə rəhbərlik etmək üçün 9 ay müddətinə Yaponiyaya ezam olunmağınız üçün Moskvaya təqdimat göndərmişik. Mən onun xeyir-duası ilə Yaponiyaya yola düşdüm. 9 aya nəzərdə tutulan işləri 7 ayda yerinə yetirib vətənə qayıtdım və görülmüş işlər barəsində ona məlumat verdim. O gülümsəyərək mənə bildirdi ki, gördüyün işlər bərəsində səndən qabaq təşəkkür dolu məktub almışam, «çox sağ ol». Bu, mənim həyatda qazandığım ən böyük qələbə və sevinc idi. Onunla bilavasitə işlədiyim illərdə dəfələrlə şahidi olmuşdum ki, o, kadrlara həmişə xüsusi diqqətlə yanaşır, onların insani keyfiyyətlərini, səriştəsini psixoloq dəqiqliyilə aşkar edirdi.[2]

Elmi fəaliyyəti[redaktə]

Məmmədov B.M. neft və qaz yataqlarının işlənilməsi sahəsində tanınmış alimdir.

Məmmədov B.M. 50 elmi məqalənin müəllifidir. İxtiralara görə 9 müəlliflik şəhadətnaməsi alıb.

Məsul vəzifələrdə olmaqla, o dəfələrlə Azərbaycan KP MK-nın tərkibinə seçilmiş, özünün mühəndis və təşkilatçı kimi qeyri-adi bacarıqları ilə respublikanın dənizdə neft hasilatının inkişafı və təşəkkül tapmasında əhəmiyyətli rolu olmuşdur və buna görə Sosialist Əməyi Qəhrəmanı, Azərbaycanın Dövlət Mükafatı laureatı adlarına layiq görülmüşdür. O həmçinin "Azərbaycan neft ustası", "Azərbaycanın əməkdar mühəndisi", "SSRİ Fəxri neftçisi" fəxri adlarına layiq görülmüşdür. Lenin, Oktyabr İnqilabı, Qırmızı Əmək Bayrağı ordenləri ilə təltif olunmuşdur.

Mükafatları[redaktə]

Neft sənayesinin, xüsusilə dəniz neftinin inkişafında böyük xidmətlərinə görə Bəxtiyar Məmmədov Sosialist Əməyi Qəhrəmanı, Azər¬baycan SSRİ-nin Dövlət mükafatı laureatı, respublikanın əməkdar mühəndisi, «SSRİ-nin fəxri neftçisi», «SSRİ-nin neft ustası» fəxri adlarına layiq görülmüşdür. «Qırmızı Əmək Bay rağı», «Oktyabr İnqilabı» ordenləri və medal¬larla təltif edilmişdi. Bəxtiyar Məmmədov 4 çağırış Azərbaycan SSR-in, 1 çağırış SSRİ Ali Sovetinin deputatı olmuşdu. Altmışdan çox elmi məqalənin, onlarla patent, ixtira və səmərələşdirici təklifin müəllifi idi. Onun bir neçə monoqrafiyası bu gün neftçilərin stolüstü kitablarına çevrilmişdir.

Mənbə[redaktə]

  • "Azərbaycanın neftçi alimləri" // Bakı, "Nafta-Press" nəşriyyatı, 2007, 252 s.

İstinadlar[redaktə]

  1. Yusifzadə, Xoşbəxt (02 Dekabr 2011). "Peşəkar neftçi, yaradıcı mühəndis, istedadlı alim". Azərbaycan qəzeti. http://www.azerbaijan-news.az/index.php?mod=3&id=4306. Retrieved 7 mart 2016. 
  2. Bayram Bayramov. Neft Daşları - tufanlar qoynunda həyat