Hörmətli oxucular, xahiş edirik nəzərə alasınız ki, Şəki Ensiklopediyası təzəlikcə – yalnız bu il may ayının sonlarında fəaliyyətə başlayıb. İyunun sonunadək biz daha çox texniki məsələlərlə məşğul olduq. Bundan sonra isə Şəki Ensiklopediyasının ən geci ilin sonunadək mükəmməl və mötəbər bir ensiklopediyaya çevrilməsi istiqamətində çalışmaq fikrindəyik. Hal-hazırda buradakı məqalələrdən bəziləri ensiklopedik tələblərə cavab verməsə də ilin sonunadək bu və digər qüsurlar tamamilə aradan qaldırıla bilər. Bu işdə sizin töhfənizin olacağını da istisna hesab etmirik. Hörmətlə, WikiSysop (müzakirə) 23:17, 30 iyun 2019 (UTC)

Bolludərə

Şəki Ensiklopediyası saytından
Jump to navigation Jump to search
Yaşayış məntəqəsi
Bolludərə


Ölkə Azərbaycan
Rayon Şəki rayonu
Əhalisi 459 nəfər
Poçt indeksi AZ5538[1]



BolludərəAzərbaycan Respublikasının Şəki rayonunun inzibati ərazi vahidində kənd.

Tarixi[redaktə]

Əvvəllər qəsəbə olmuş, 5 oktyabr 1999-cu ildən dəyişdirilərək kənd hesab edilmişdir[2].

Bolludərə Şəki rayonunda əvvəllər qəsəbə olmuşdur. Düzənlikdədir. Yaşayış məntəqəsi Bolludərə adlı ərazidə salındığı üçün belə adlandırılmışdır. Dərənin torpağı məhsuldar, bərəkətli olduğu üçün ona belə ad verilmişdir[3].

Əhalisi[redaktə]

Kəndin əhalisi 459 nəfər təşkil edir ki, onun da 235 nəfəri kişi, 224 nəfəri isə qadındır.

İstinadlar[redaktə]

  1. Azərpoçt. "İndekslər" (in az). www.azerpost.az. Archived from the original on 2016-04-19. http://archive.is/9GAmL. Retrieved 2016-04-19. 
  2. "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 5 oktyabr 1999-cu il tarixli, 708-IQ nömrəli Qanunu  (azərb.)
  3. ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh.145

Şablon:Kənd-qaralama