Hörmətli oxucular, xahiş edirik nəzərə alasınız ki, Şəki Ensiklopediyası təzəlikcə – yalnız bu il may ayının sonlarında fəaliyyətə başlayıb. İyunun sonunadək biz daha çox texniki məsələlərlə məşğul olduq. Bundan sonra isə Şəki Ensiklopediyasının ən geci ilin sonunadək mükəmməl və mötəbər bir ensiklopediyaya çevrilməsi istiqamətində çalışmaq fikrindəyik. Hal-hazırda buradakı məqalələrdən bəziləri ensiklopedik tələblərə cavab verməsə də ilin sonunadək bu və digər qüsurlar tamamilə aradan qaldırıla bilər. Bu işdə sizin töhfənizin olacağını da istisna hesab etmirik. Hörmətlə, WikiSysop (müzakirə) 23:17, 30 iyun 2019 (UTC)

"Hacı Çələbi xan – Hacı Şəmsəddin bəy məscidi" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası saytından
Jump to navigation Jump to search
Sətir 1: Sətir 1:
{{görməli yer
+
{{Görməli yerlər
 
|status                                    = Məscid
 
|status                                    = Məscid
 
|azərbaycan dilində adı                    = Hacı Çələbi xan – Hacı Şəmsəddin bəy məscidi
 
|azərbaycan dilində adı                    = Hacı Çələbi xan – Hacı Şəmsəddin bəy məscidi

01:30, 15 avqust 2019 versiyası

Məscid
Hacı Çələbi xan – Hacı Şəmsəddin bəy məscidi
Gilehli minaresi.jpg
Ölkə Azərbaycan
Region Şimal-Qərb
Rayon Şəki rayonu
Koordinatlar 41°12′12″ şim. e. 47°12′14″ ş. u. / 41.203353° şim. e. 47.204012° ş. u. / 41.203353; 47.204012 (G) (O) (Я)Map marker.svg 41°12′12″ şim. e. 47°12′14″ ş. u. / 41.203353° şim. e. 47.204012° ş. u. / 41.203353; 47.204012 (G) (O) (Я)
Xəritəni aç/bağla
Hacı Çələbi xan – Hacı Şəmsəddin bəy məscidi (Azərbaycan)
Red pog.png
Hacı Çələbi xan – Hacı Şəmsəddin bəy məscidi (Şəki rayonu)
Red pog.png
Hacı Çələbi xan – Hacı Şəmsəddin bəy məscidi (Şəki)
Red pog.png





Hacı Çələbi xan – Hacı Şəmsəddin bəy məscidi — 1749-cu ildə Şəki xanı Hacı Çələbi xanın Nuxa şəhərində tikdirdiyi, 1805-ci ildə isə onun nəslindən olan Hacı Şəmsəddin bəyin bərpa etdirdiyi məscid. Hal-hazırda yerləşdiyi məhəllənin adına uyğun olaraq Giləhli məscidi, yaxud Güləhli məscidi adlanmaqdadır.

Tarixi

Hacı Şəmsəddin bəy bərpa zamanı məscidin kitabəsində göstərib ki, bu məscidi köhnə bir məscidin yerində inşa etdirib[1]. XX əsrin əvvəllərində məscidin yaxınlığından tapılmış daş kitabədən isə aydınlaşır ki, bu məscid 1749-cu ildə Hacı Çələbi xanın tikdirdiyi məscidin yerində inşa edilib.

Hacı Çələbi xanın 1749-cu ildə Nuxada tikdirdiyi məscidin kitabəsi[2]: "Bu şərəfli məscidi Hacı Çələpi sultan ibn Qurban, Şəki hakimi, Şirvan əmiri, 1162-ci il Allahın mübarək ramazan ayı tarixində tikdirdi"[3]

Vaxtilə, məscidin qarşısında qəbiristanlıq da olmuşdu. Lakin Qurcana çayı həmin qəbiristanlığı tamamilə yuyub yox edib. Həmin qəbiristanlıqda mövcud olmuş bəzi baş daşıları hal-hazırda muzeylərdə saxlanılmaqdadır. Məscidi bərpa etdirmiş Hacı Şəmsəddin bəyin özünün baş daşı isə Şəki Tarix Diyarşünaslıq muzeyində saxlanılır. Hacı Şəmsəddin bəy 1815-ci ildə vəfat etmiş və bu məscidin qarşısındakı qəbiristanlıqda dəfn edilmişdi.

XX əsrin 30-cu illərində isə evləri qəzalı vəziyətə düşmüş bir ailə hökumət tərəfindən daimi yaşamaq üçün bu məscidə yerləşdirilmiş və bununla da məscid binasının təyinatı dəyişdirilmişdir. Amma məscidin minarəsi tarixi abidə kimi qorunub saxlanılıb və hal-hazırda normal vəziyyətdədir.

İstinadlar

  1. М. С. Нейматова. Корпус епиграфических памâтников Азербайджана, Том 2. «Элм», 1 янв. 1991 г.
  2. Kitabə 20-ci əsrin əvvəllərində Gilək məscidinin yaxınlığında, torpaq altından tapılmış və həmin məscidin yaxınlığında bulağın üstünə pərçim edilmişdir. 1936-cı ildə "А.А.Алескерзаде" onu görmüş və foto-şəklini çəkdirmişdir və daha sonra bu kitabə barədə elmi xəbər yaymışdır (Изв.АзФАН.№1.1943, с.67). Sonralar da həmin xəbər və fotoşəkil bir neçə dəfə elmi nəşrlərdə dərc olunub. Burada isə Meşədixanım Nemətin 2001-ci ildə nəşr olunmuş kitabına istinad edilir (М.С.Неймат. Корпус эпиграфических памятников Aзербайджана, т.2, 295, Баку, 2001). Onu da əlavə edək ki kitabənin sonrakı taleyi məlum deyil və hal-hazırda itmiş hesab oluna bilər; belə ki o 1936-cı ildəki yerində deyil və hansısa muzeydə saxlanılması da qeyri-məlumdur. .
  3. Hicri 1162-ci ilin ramazan ayının 1-i miladi 1749-cu ilin 15 avqustuna təsadüf edir.