Hörmətli oxucular, xahiş edirik nəzərə alasınız ki, Şəki Ensiklopediyası təzəlikcə – yalnız bu il may ayının sonlarında fəaliyyətə başlayıb. İyunun sonunadək biz daha çox texniki məsələlərlə məşğul olduq. Bundan sonra isə Şəki Ensiklopediyasının ən geci ilin sonunadək mükəmməl və mötəbər bir ensiklopediyaya çevrilməsi istiqamətində çalışmaq fikrindəyik. Hal-hazırda buradakı məqalələrdən bəziləri ensiklopedik tələblərə cavab verməsə də ilin sonunadək bu və digər qüsurlar tamamilə aradan qaldırıla bilər. Bu işdə sizin töhfənizin olacağını da istisna hesab etmirik. Hörmətlə, WikiSysop (müzakirə) 23:17, 30 iyun 2019 (UTC)

Hikmət Ziya

Şəki Ensiklopediyası saytından
Jump to navigation Jump to search
Hikmət Ziya
Hikmət Ziya oğlu Əfəndiyev
Hikmət Ziya
Doğum tarixi 13 may 1929(1929-05-13)
Vəfatı 02 avqust 1995 (66 yaşında)
Vəfat yeri Bakı
Vətəndaşlığı Flag of the Soviet Union.svg.png SSRİ
Flag of Azerbaijan.png Azərbaycan
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1986

Əfəndiyev Hikmət Ziya oğlu () — Azərbaycan şairi, tərcüməçi, Azərbaycan Yazıçılar İttifaqının üzvü (1958), Azərbaycan Jurnalistlər İttifaqının üzvü (1959), Qabaqcıl maarif xadimi (1978), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1986).

Həyatı[redaktə]

Hikmət Ziya 1929-cu il mayın 13-də Azərbaycanın Şəki şəhərində anadan olmuşdur. Ağdam şəhərində 1 saylı orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almışdır (1947-1952). "Azərbaycan pioneri" qəzeti redaksiyasında ədəbi işçi, ədəbiyyat və incəsənət şöbəsinin müdiri (1952-1969), "Göyərçin" jurnalı redaksiyasında poeziya şöbəsinin müdiri (1969-1984), məsul katib vəzifələrində işləmişdir (1984).

Ədəbi yaradıcılığa 1952-ci ildə "Azərbaycan pioneri" qəzetində çap edilən "Qoqola" adlı ilk şeiri ilə başlamışdır. Sonra dövri mətbuatda vaxtaşırı çıxış edir. İlk satirik şeirləri, eyni zamanda "Atamın hədiyyəsi" (1957), "Bahar gözəldir, ya qış?" (1959), "Milçək ürəyi" (1960) kitabları Hikmət Əfəndiyev imzası ilə çap olunmuşdur. "Sınaq", "Ekiz qardaşlar" pyesləri tamaşaya qoyulmuşdur. Librettolarına ("Nənəmin nağılı", "İkilərin sərgüzəştləri", "Solğun çiçəklər") və şeirlərinə musiqi bəstələnmişdir. Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə tərcümə olunmuşdur. O özü də bədii tərcüməyə qayğı ilə yanaşmışdır. Ölkənin ayrı-ayrı şəhərlərində keçirilən uşaq və gənclər kitabı həftələrində, eləcə də təşviqat qatarı ilə səfərlərdə, yubiley təntənələrində iştirak etmişdir. "Mozalan" satirik kino-jurnalı bədii şurasının, Ümumittifaq uşaq və gənclər ədəbiyyatı şurasının, "Azərbaycan pioneri" və "Literaturnıy Azerbaydjan" jurnalı redaksiya heyətinin üzvüdür.

Əfəndiyev Hikmət Ziya oğlu 1995-ci il avqustun 2-də Azərbaycanın Bakı şəhərində dünyasını dəyişmişdir.

Mükafatları[redaktə]

Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilmişdir (1988).

Xatirəsi[redaktə]

Onun adına "Hikmət Ziya" ədəbiyyat mükafatı təsis edilmişdir.

Əsərləri[redaktə]

Atamın hədiyyəsi. Bakı: Uşaqgəncnəşr, 1956, 20 səh.

  1. Bahar gözəldir, ya qış? Bakı: Uşaqgəncnəşr, 1959, 27 səh.
  2. Milçək ürəyi. Bakı: Azərnəşr, 1960, 46 səh.
  3. Şeirlər və təmsillər. Bakı: Azərnəşr, 1963,64 səh.
  4. Ulduzların söhbəti. Bakı: Azərnəşr, 1964, 51 səh.
  5. Qısa təmsillər. Bakı: Azərnəşr, 1965, 55 səh.
  6. Xatirə. Bakı: Azərnəşr, 1966, 101 səh.
  7. Tülkü arayışında. Bakı: Gənclik, 1967, 67 səh.
  8. Buludlar. Bakı: Gənclik, 1968, 57 səh.
  9. Mənim dovşanım. Bakı: İşıq, 1970, 26 səh.
  10. Qısqanc qarışqa. Bakı: Gənclik, 1971, 87 səh.
  11. Günəş və ləkələr. Bakı: Azərnəşr, 1972, 67 səh.
  12. Leylək yuvası. Bakı: Gənclik, 1973, 121 səh.
  13. Mənim misralarım. Bakı: Gənclik, 1975, 139 səh.
  14. Qardaşlar ovda. Bakı: Gənclik, 1978, 143 səh.
  15. Qərib cinlər diyarında. Bakı: Gənclik, 1980, 134 səh.
  16. Təmsillər. Bakı: Yazıçı, 1982, 237 səh.
  17. İlin balaları. Bakı: Gənclik, 1983, 126 səh.
  18. Qardaşlığın qüdrəti (Bəstəkar M.Mirzəyevlə şərikli). Bakı: İşıq, 1983, 65 səh.
  19. Təmsillər. Bakı: Gənclik, 1985, 120 səh.
  20. Ömrümün payı. Bakı: Yazıçı, 1986, 235 səh.
  21. Vətənim mənim. Bakı: Gənclik, 1988, 120 səh.
  22. Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1992, 295 səh.

Tərcümələri[redaktə]

(ruscadan)

  1. İ.A.Krılov. Təmsillər. Bakı: Gənclik, 1982, 80 səh.

Filmoqrafiya[redaktə]

  1. Əli Bayramlı (film, 1971)(I)
  2. Azərbaycan qadını (film, 1974)
  3. Qərib cinlər diyarında (film, 1977)
  4. Dəcəl dovşan (film, 1981)