Məmməd Əfəndiyev

Şəki Ensiklopediyası saytından
Jump to navigation Jump to search
Məmməd Əfəndiyev
Məmməd Rəşid oğlu Əfəndiyev
Məmməd Əfəndiyev
Doğum tarixi 5 oktyabr 1887(1887-10-05)
Doğum yeri Şəki,
Flag of the Russian Empire (black-yellow-white).svg Rusiya İmperiyası
Vəfat tarixi 1 iyun 1977 (89 yaşında)
Vəfat yeri Bakı,
Flag of the Soviet Union.svg SSRİ
Milliyyəti Azərbaycanlı
Atası Rəşid bəy Əfəndiyev
Mükafatları "Lenin" ordeni "Qırmızı Əmək Bayrağı" ordeni "Qırmızı Əmək Bayrağı" ordeni

Məmməd Əfəndiyev - Professor, APİ Riyaziyyat və təbiət elmləri fakültəsinin dekanı (1934-1936), ADU Riyazi analiz kafedrasının müdiri (1935-1965), Azərbaycanın görkəmli maarifçisi Rəşid bəy Əfəndiyevin oğludur.

Həyatı[redaktə]

Məmməd Rəşid oğlu Əfəndiyev 5 oktyabr 1887-ci ildə Şəkidə anadan olmuşdur. 1908-ci ildə Peterburq Universitetinin Fizika-riyaziyyat fakültəsinə daxil olmuş və oranı bitirdikdən sonra bir müddət Tbilisi şəhərində müəllim işləmiş, sonra Şəki şəhərindəki gimnaziyada müəllim və direktor vəzifəsində çalısınışdır.1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra o, Bakı şəhərində riyaziyyat üzrə ali pedaqoji kursların təşkilatçısı olub. 1930-cu ildə Lenin adına APİ-də riyaziyyat kafedrasının müdiri vəzifəsində çalışmışdı.

Məmməd bəy Əfəndiyev tələbə libasında. 1911-ci il. MATM SMF № 306/4

M.Əfəndiyev APİ-də Riyaziyyat və təbiyyat elmləri fakültəsinin dekanı (1934-1936), ADU-da Riyazi analiz kafedrasının müdiri (1935-1965), professor dərəcəsinə layiq görülmüşdür. Milli Azərbaycan Tarixi Muzeyin fondlarında şəxsi əşyaları, fotoşəkilləri, tarixi sənədləri mühafizə edilir. [1] 1943-cü ildə Əməkdar elm xadimi fəxri adına layiq görülmüş, 1945-ci ildə professor elmi adı almışdır. Riyazi ifadələrin Yaxın Şərqdə yayılmış yazılış formaları əvəzinə latınca yazılışını ilk dəfə Əfəndiyev işlətmişdir. O, ilk dəfə riyazi analiz, analitik həndəsə və riyaziyyatın tədrisi metodikası fənlərindən Azərbaycan dilində mühazirələr oxumuşdur.

Riyazi ifadələrin Yaxın Şərqdə yayılmış yazılış formaları əvəzinə latınca yazılışını Azərbaycanda ilk dəfə Əfəndiyev işlətmişdir. Əfəndiyev “Cəbrə aid proqram və tapşırıq ”, “Adi deferensial tənliklər” (1950) və.s. əsərlərin müəllifidir. Sovet hakimiyyəti illərində Lenin ordeni və iki Qırmızı əmək Bayrağı ordeni ilə təltif olunmuşdur.

Əfəndiyev Məmməd Rəşid oğlu 1 iyun 1977-ci ildə Bakı şəhərində vəfat etmişdir.

Bakıda adına küçə vardır.

Mükafatları[redaktə]

Əsərləri[redaktə]

  • "Cəbrə aid proqram və tapşırıq",
  • "Matematik analizdən kontrol tapşırıqlar", 1935
  • "Adi diferensial tənliklər", 1950

Xarici keçidlər[redaktə]

  • Əsədova Nüşabə. Milli Azərbaycan Tarixi Muzeyində qorunan eksponatlar Rəşid bəy İsmayıl oğlu Əfəndizadə və Məmməd bəy Əfəndiyevin həyat və yaradıcılığının öyrənilməsində mənbə kimi. Bakı,səh,50."Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu" IV Respublika elmi konfransının materialları