Hörmətli oxucular, xahiş edirik nəzərə alasınız ki, Şəki Ensiklopediyası təzəlikcə – yalnız bu il may ayının sonlarında fəaliyyətə başlayıb. İyunun sonunadək biz daha çox texniki məsələlərlə məşğul olduq. Bundan sonra isə Şəki Ensiklopediyasının ən geci ilin sonunadək mükəmməl və mötəbər bir ensiklopediyaya çevrilməsi istiqamətində çalışmaq fikrindəyik. Hal-hazırda buradakı məqalələrdən bəziləri ensiklopedik tələblərə cavab verməsə də ilin sonunadək bu və digər qüsurlar tamamilə aradan qaldırıla bilər. Bu işdə sizin töhfənizin olacağını da istisna hesab etmirik. Hörmətlə, WikiSysop (müzakirə) 23:17, 30 iyun 2019 (UTC)

Oxud

Şəki Ensiklopediyası saytından
Jump to navigation Jump to search
Yaşayış məntəqəsi
Oxud


Ölkə Azərbaycan
Rayon Şəki rayonu
Əhalisi 4.825 nəfər



OxudAzərbaycan Respublikasının Şəki rayonunun inzibati ərazi vahidində kənd. Oxud bələdiyyəsinə aiddir.

Ümumi məlumat və tarixi[redaktə]

Kənddə iki kitabxana, iki məktəb, bir bələdiyyə və kənd icra hakimiyyəti nümayəndəliyi, 1 məscid, 1 tibb məntəqəsi, iki tele ötürücü qüllə, 1 un dəyirmanı, 1 şadlıq sarayı, bir neçə artezian, iri tutumlu rabitə qovşağı fəaliyyət göstərir. Kənd əhalisinin təhsilə olan marağına və nailiyyətlərinə görə nəinki rayonda, eləcə də ölkədə məşhurdur. Hər il onlarla şagird tələbə adını qazanır.

Kənd həmçinin spesifik məhəllə adları ilə də məşhurdur: Cumaylar, Həccəvlər (Hacı Cəbilər), Dırrar, Duluzlar, Dəlləklər, Barı arası, Qaralar, Doxun, Gavan, Çay qırağı, Çeylək sadağı, Kənd qırağı, Təzə kənd, Əzbəylər, Irebusaği, Ortabulaq, Dükanqabaği, Hindular məhəlləsi, Hamamyani, Əzimlər, Agalar.

Mollaəhməd bulağı isə olduqca tarixi qədim bulaqlardandır. Kəndin Kiş kəndinə yaxın hissəsində iki dağın arasından alır mənbəyini.

Yelbaba adlanan ziyarətgahın ərazisində olan qəbristanlıqda yerləşən ibadətxana isə XVIII əsrə məxsusdur. Bu ziyarətdə Ərəbistandan gələn dini yayan ərəblərin qəbirləri var.

Kəndin Doxun hissəsi dövlət tərəfindən mühafizə olunur. Tarixi materiallarla zəngin məkandır. Ciddi araşdırmalara ehtiyacı var. Qədim albanların yaşayış məskənlərindən biridir.

Coğrafiyası və iqlimi[redaktə]

Böyük Qafqaz dağlarının cənub ətəyində yerləşən kənd dəniz səviyyəsindən 1500-2000m yüksəklikdədir. Qışı soyuq, yazı və yayı isə mülayim iqlimi var. Hər tərəfdən dağlarla əhatə olunan kəndin rayon mərkəzinə çıxışı 2 yolla mümkündür. Birincisi dağların yamacından açılımış el arasında dağ yolu deyilən yol, ikincisi isə çay yolu. Ancaq yağıntılı vaxtlarda Kiş çayının suyunun artması bu yolun istifadəsini mümkünsüzləşdirir.

Kəndimizə qonaq gəlmək istəyənlər şəhər mərkəzindən 6 nömrəli avtobuslarla gələ bilərlər.

Əhalisi[redaktə]

Kəndin əhalisi 4.825 nəfər təşkil edir.

Tanınmış şəxsləri[redaktə]

İqtisadiyyatı[redaktə]

Əhalisinin bir əksəriyyəti əkinçilik və heyvandarlıqla məşğuldur. Sahə adlandırılan kənddən bir neçə kilometr uzaqda yerləşən əkin sahələrində buğda, arpa və digər kənd təsərrüfatı məhsulları yetişdirilir. Sovet hakimiyyəti illərində və ondan bir neçə il sonraya qədər (kolxoz zamanı) kəndin əhalisi tütünçülük və baramaçılıqla da məşğul olurdu. Əhalinin bir qismi Şəkidəki İpək kombinatında çalışırdı.

Xarici keçidlər[redaktə]

Vikianbarda Oxud ilə əlaqəli mediafayllar var.

İstinadlar[redaktə]

Şablon:Kənd-qaralama