Hörmətli oxucular, xahiş edirik nəzərə alasınız ki, Şəki Ensiklopediyası təzəlikcə – yalnız bu il may ayının sonlarında fəaliyyətə başlayıb. İyunun sonunadək biz daha çox texniki məsələlərlə məşğul olduq. Bundan sonra isə Şəki Ensiklopediyasının ən geci ilin sonunadək mükəmməl və mötəbər bir ensiklopediyaya çevrilməsi istiqamətində çalışmaq fikrindəyik. Hal-hazırda buradakı məqalələrdən bəziləri ensiklopedik tələblərə cavab verməsə də ilin sonunadək bu və digər qüsurlar tamamilə aradan qaldırıla bilər. Bu işdə sizin töhfənizin olacağını da istisna hesab etmirik. Hörmətlə, WikiSysop (müzakirə) 23:17, 30 iyun 2019 (UTC)

Rasim Ocaqov

Şəki Ensiklopediyası saytından
Jump to navigation Jump to search
Rasim Ocaqov
Rasim Ocaqov
Doğum tarixi22 noyabr 1933(1933-11-22)
Vəfat tarixi 11 iyul 2006 (72 yaşında)
AtasıMirqasım Ocaqov
Peşələrikinorejissor, kinooperator
Milliyyətiazərbaycanlı
Mükafatları"Azərbaycan SSR xalq artisti" fəxri adı — 1982 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1967 Azərbaycan SSR dövlət mükafatı — 1980 SSRİ dövlət mükafatı — 1981
"Şöhrət" ordeni (Azərbaycan)
IMDbID 0644183
http://rasimocaqov.sheki.az/

Ocaqov Rasim Mirqasım oğlu () — Azərbaycan kinorejissoru,[1] kinooperatoru, ssenaristi, Azərbaycanın xalq artisti (1982), Azərbaycan SSR (1967) və Çeçen-İnquş MSSR (1964) əməkdar incəsənət xadimi, SSRİ Dövlət mükafatı laureatı (1981), Azərbaycan SSR Dövlət Mükafatı laureatı (1980).

Həyatı[redaktə]

Rasim Ocaqov 1933-cü il noyabr ayının 22-də Azərbaycanın Şəki şəhərində anadan olub. 1951-1956-cı illərdə Moskvada ÜDKİ-nin kinooperatorluq fakültəsində təhsil alıb.[2] Daha sonra M.A.Əliyev adına ADİİ-nun rejissorluq fakültəsini bitirib. 1956-cı ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu-operator, 1973-cü ildən quruluşçu rejissor işləyib.

Rasim Ocaqov01.jpg

50-ci illərin sonlarında Bakı kinostudiyasında ilk çəkilişlərinə başlayıb. 1957-ci ildə ilk dəfə operator kimi "Bir məhəlləli iki oğlan" filmini lentə alıb. Filmdə baş operator Marqarita Pilixina olub. "Onun böyük ürəyi" (1958) filmi R. Ocaqovun ilk sərbəst işi idi. Film Sumqayıt metallurqlarının həyatına həsr olunmuşdu. Bu ağır peşə adamlarının ekran həyatı operatorun kamerası ilə romantik və cəzbedici bir formaya salınmışdır. Bundan sonra lentə aldığı "Əsl dost", "Bizim küçə", "Mən rəqs edəcəyəm", "Sən niyə susursan?" və "Skripkanın sərgüzəşti" filmlərində Rasim Ocaqov Azərbaycan kinosunda operatorluq sənətinin ən layiqli nümunələrini yaratdı.

Rejissor kimi ilk işi 1975-ci ildə yarımçıq qalmış "Gəncəbasarlı qisasçı" filmini tamamlamaq olmuşdur. Bu tarixi-qəhrəmanlıq janrında çəkilən filmdə o qəhrəmanların ifaçılarını dəyişdi, ssenarini yenidən işlədi. Qatır Məmmədin obrazını isə görkəmli aktyor Şahmar Ələkbərova tapşırdı. Film ekranlara çıxanda isə müəyyən iradlar deyilsə də, bütövlükdə filmin uğurlu olduğu mətbuatda geniş qeyd edildi. Onun ikinci rejissor işi "Tütək səsi" filmi oldu. "Tütək səsi" öz orijinal səhnələri, çəkiliş manerası, mövzunun bədii həlli baxımından Azərbaycan kinosuna xeyli yeniliklər gətirdi. Bundan sonra çəkdiri "Ad günü"[3], "Bağlı qapı", "Özgə ömür", "Park", "Ölsəm bağışla", "Həm ziyarət, həm ticarət", "İstintaq" filmlərində R.Ocaqov müasirlərinin əsl obrazını yaratmaqla tamaşaçıları ətrafa diqqətlə yanaşmağa, cəmiyyətdə baş verən neqativ hallara göz yummamağa çağırır. "Təhminə", "Otel otağı" kimi son filmlərində də ciddi mövzulara toxunur, yenə də insanın ətraf aləmə münasibəti mövzusunda söhbət açır.

R.Ocaqov 2006-cı ildə Bakıda dünyasını dəyişib.

Mükafatları[redaktə]

  • Azərbaycan SSR xalq artisti — 01.12.1982[4]
  • Azərbaycanın və SSRİ-nin Dövlət mükafatları laureatı

Xatirəsi[redaktə]

2013-cü il noyabrın 22-də Bakıda Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, kinorejissor, SSRİ və Azərbaycanın Dövlət mükafatları laureatı, Xalq artisti Rasim Ocaqovun yaşadığı evdə barelyefinin açılışı mərasimi keçirilib. Barelyefin müəllifləri Azərbaycanın Xalq rəssamı Səlhab Məmmədov və Əməkdar rəssam Əli İbadullayevdir[5].

2018-ci ildə Rasim Ocaqovun 85 illik yubileyi münasibətilə "Şəki, mən səni sevirəm" kino və foto müsabiqəsi təsis edilib.[6]

Filmoqrafiya[redaktə]

Rasim Ocaqovun xatirə lövhəsi (Bakı)
Rasim Ocaqovun xatirə lövhəsi (Şəki)

Tammetrajlı bədii filmlər[redaktə]

Rejissor kimi

  1. Qatır Məmməd (film, 1974)
  2. Tütək səsi (film, 1975)
  3. Ad günü (film, 1977) (tammetrajlı bədii film)
  4. İstintaq (film, 1979)
  5. Bağlı qapı (film, 1981)
  6. Park (film, 1984)
  7. Özgə ömür (film, 1987)
  8. Ölsəm... bağışla (film, 1989)
  9. Qətldən yeddi gün sonra (film, 1991)
  10. Təhminə (film, 1993)
  11. Həm ziyarət, həm ticarət... (film, 1995)
  12. Otel otağı (film, 1998)

Operator kimi

  1. Bir məhəllədən iki nəfər (film, 1957)
  2. Onun böyük ürəyi (film, 1958)
  3. Əsl dost (film, 1959)
  4. Bizim küçə (film, 1961)
  5. Əmək və qızılgül (film, 1962)
  6. Sən niyə susursan? (film, 1966)
  7. Bir cənub şəhərində (film, 1969)
  8. Abşeron ritmləri (film, 1970)
  9. Ən vacib müsahibə (film, 1971)
  10. Skripkanın sərgüzəşti (film, 1972)
  11. Ömrün ilk saatı (film, 1973)

Bədii rəhbər kimi

  1. Əlavə iz (film, 1981)
  2. Süd dişinin ağrısı (film, 1987)
  3. Məhkumlar (film, 2007)

İkinci rejissor kimi

  1. Sən niyə susursan? (film, 1966)

İkinci operator kimi

  1. Uzaq sahillərdə (film, 1958)


Qısametrajlı bədii filmlər[redaktə]

Rejissor kimi

  1. Şosedə hadisə (film, 1960)

Operator kimi

  1. Yolda əhvalat (film, 1960)
  2. Matteo Falkone (film, 1960)
  3. Cazibə qüvvəsi (film, 1964)(film, kinoalmanax)


Sənədli filmlər[redaktə]

Rejissor kimi

  1. Bakı bu gün (film, 1958)
  2. Abidələr danışır (film, 1964) (qısametrajlı sənədli film)
  3. Dağıstan konserti (film, 1964)
  4. Çiçək yağışı (film, 1971)

Operator kimi

  1. Bakı bu gün (film, 1958)
  2. Məhəmməd Füzuli (film, 1958)
  3. Abidələr danışır (film, 1964)
  4. Dağıstan konserti (film, 1964)
  5. Azərbaycanın səhnə ustaları (film, 1965)
  6. Çiçək yağışı (film, 1971)

İştirak etdiyi filmlər

  1. Azərbaycan kinosu-80 (film, 1996)
  2. Kinorejissor Həsən Seyidbəyli (film, 2002)


Sənədli televiziya filmləri[redaktə]

Operator kimi

  1. Konsert proqramı (film, 1964)
  2. Məhəbbət haqqında əfsanə (film, 1967)
  3. Şur (film, 1967)

İştirak etdiyi film

  1. Özgə vaxtın doğma anları (film, 2002)


"Mozalan" süjetləri[redaktə]

Rejissor kimi

  1. Çay daşının göz yaşı... (film, 1971)
  2. Müşavirə (film, 1971)
  3. İcazə (film, 1972)
  4. Çardaş (film, 1973)
  5. Heyif siqnalından (film, 1978)
  6. Mən salim olum, cümlə cahan batsa da batsın... (film, 1980)
  7. Hami (film, 1981)
  8. Fövqəladə hadisə (film, 1982)
  9. Rəngli yuxu (film, 1982)
  10. Metamarfoza (film, 1983)
  11. Alayarımçıq (film, 1984)
  12. Bəhrə (film, 1984)
  13. Çıxış yolu (film, 1984)
  14. Xəbərdarlıq (film, 1984)
  15. Çexski unitaz (film, 1985)
  16. Gözdən uzaq... (film, 1985) (I)
  17. Məsələ yerdə deyil... (film, 1985)
  18. Ögeylik (film, 1985)
  19. Arayış (film, 1986)

Operator kimi

  1. Çay daşının göz yaşı... (film, 1971)
  2. Arzu (film, 1972)

Ssenari müəllifi kimi

  1. Müşavirə (film, 1971)
  2. İcazə (film, 1972)
  3. Çardaş (film, 1973)
  4. Mən salim olum, cümlə cahan batsa da batsın... (film, 1980)
  5. Hami (film, 1981)
  6. Rəngli yuxu (film, 1982)
  7. İntizam (film, 1983)
  8. Metamarfoza (film, 1983)
  9. Alayarımçıq (film, 1984)
  10. Çexski unitaz (film, 1985)
  11. Məsələ yerdə deyil... (film, 1985)
  12. Mastika (film, 1986)

İstinadlar[redaktə]

  1. Mahmudbəyov, Ə. Məşhur rejissorun reanimasiyada həkimdən xahişi: “Ölümümə bais olmayın”: [kinorejissor Rasim Ocaqov haqqında rejissor və aktyor Əbdül Mahmudbəyovun xatirələri] //Bizim yol.- 2015.- 15 iyul.- S.15.
  2. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
  3. Nadir Bədəlov. "Bizim kino". Rasim Ocaqovun "Ad günü" filmi haqqında. 13.02.2016
  4. Respublika kino sənəti xadimlərinə Azərbaycan SSR fəxri adları verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1 dekabr 1982-ci il tarixli Fərmanıanl.az saytı
  5. Bakıda Rasim Ocaqovun barelyefinin açılışı olub — olaylar.az saytı
  6. CBC (22.08.2018). "Rasim Ocaqovun 85 illiyinə həsr olunmuş müsabiqə keçirilir" (in az). Youtube.com. https://www.youtube.com/watch?v=PUjNWvsKu-M. Retrieved 2018-08-26. 

Mənbə[redaktə]

  • “"Uzaq sahillərdə" ekranda” [Filmin quruluşçu rejissoru Tofiq Tağızadə yoldaşla müxbirimizin müsahibəsi] //Kommunist.- 1958.- 13 avqust.
  • “Bolqar jurnalı yazır...” //Ədəbiyyat və incəsənət.- 1964.
  • Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 304.
  • Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814-816.

Xarici keçidlər[redaktə]

Həmçinin bax[redaktə]