Hörmətli oxucular, xahiş edirik nəzərə alasınız ki, Şəki Ensiklopediyası təzəlikcə – yalnız bu il may ayının sonlarında fəaliyyətə başlayıb. İyunun sonunadək biz daha çox texniki məsələlərlə məşğul olduq. Bundan sonra isə Şəki Ensiklopediyasının ən geci ilin sonunadək mükəmməl və mötəbər bir ensiklopediyaya çevrilməsi istiqamətində çalışmaq fikrindəyik. Hal-hazırda buradakı məqalələrdən bəziləri ensiklopedik tələblərə cavab verməsə də ilin sonunadək bu və digər qüsurlar tamamilə aradan qaldırıla bilər. Bu işdə sizin töhfənizin olacağını da istisna hesab etmirik. Hörmətlə, WikiSysop (müzakirə) 23:17, 30 iyun 2019 (UTC)

Yusif Əbdürrəhmanov

Şəki Ensiklopediyası saytından
Jump to navigation Jump to search
Yusif Əbdürrəhmanov
Yusif Ələkbər oğlu Əbdürrəhmanov
Yusif Əbdürrəhmanov
Doğum tarixi 1912(1912-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Şəki şəhəri
Vəfat tarixi 1977(1977-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
İş yeri ASSR-nın EA Zoologiya İnstitutu
Elmi dərəcəsi professor
Təhsili Ali
Mükafatları Şərəf Nişanı

Yusif Ələkbər oğlu Əbdürrəhmanov - Azərbaycan alimi, biologiya elmləri doktoru, professor, Azərbaycan SSR EA müxbir üzvü (1968).

Həyatı[redaktə]

1912-ci ildə Şəkidə anadan olmuşdur. Yusif Əbdürrəhmanov ibtidai təhsilini nümunə-zəhmət məktəbində almış və 1925-ci ildə məktəbi bitmişdir. 1925-ci ildə orada pedaqoji texnikuma daxil olmuşdur.

Y.Ə. Əbdürrəhmanov 1934-cü ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinə daxil olmuşdur. 1939-cu ildə Uiversiteti fərqlə diplomu ilə bitirmişdir. Universitetdə müəllim pedaqoji fəaliyyəti ilə yanaşı 1940-cı ildə SSRİ EA Azərbaycan filialının Zoologiya İnstitutunda “İxtiologiya” ixtisası üzrə aspiranturaya daxil olmuşdur. 1940-cı ildə O, kafedrada işləməklə bərabər, SSRİ EA Azərbaycan filialının Zoologiya İnstitutunda “İxtiologiya” ixtisası üzrə aspiranturaya daxil olmuşdur. 1945-ci ildə biologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün Xəzər. sirbitinin biologiyasl mövzusunda dissertasiya işini müdafiə etmişdir. 1952-ci ildən ömrünün sonuna kimi (1977) ixtiologiya laboratoriyasının müdiri işləmişdir.

1960-cı ildə Y.Ə. Əbdürrəhmanov biologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün “Azərbaycanın şirin su balıqları” mövzusunda dissertasiya işini müdafiə etmişdir. 1965-ci ildə ixtiologiya ixtisası üzrə professor elmi adı almışdır. 1968-ci ildən isə Azərbaycan SSR EA müxbir üzvü seçilmişdir. 1977-ci ildə 65 yaşında vəfat etmişdir.

Yazdığı əsərlər[redaktə]

Bütün elmi fəaliyyəti dövründə istər ölkə daxilində istərsə xariçdə 100-cox elmi əsəri dərç olmuşdur. Ümumilikdə isə 6 monoqrafiya müəllifidir.

  • Azərbaycan balıqları” (1955) monoqrafiyasında ölkə ərazisində yayılmış balıqlar haqqında məlumatı ümumiləşdirmiş və onlar haqqında dərin məlumat vermişdir.
  • “Azərbaycanın şirin su balıqları” (1962) əsərində alim Azərbaycanın şirin sularında yayılmış balıqlar haqqındakı məlumatları tam yekunlaşdırmışdır.
  • “Azərbaycan faunası” (VII cild) seriyasından olan “Balıqlar” (1966) kitabında Azərbaycanda yayılmış balıqların təsnifatını vermiş, morfologiyasını göstərmişdir. Bu kitab da müvafiq ali məktəb tələbələrinin, elmi işçilərin, orta məktəb müəllimlərinin faydalandığı stolüstü kitablardandır.

Təltifləri[redaktə]

Alim bir necə ali orden və medallarla təltif edilmişdir. Əsas isə o, “Şərəf Nişanı” ordeni ilə təltif edilir.

Mənbə[redaktə]